29 May 2020 10:47
1060
İDMAN
A- A+

Beynəlxalq “İpək yolu kuboku” turnirinin qalibi Azərbaycan şahmatçısı Rauf Məmmədov olub


Gənclər və İdman Nazirliyinin, Azərbaycan və Gürcüstan Şahmat federasiyalarının, eləcə də SOCAR-ın təşkilatçılığı ilə şahmatın blits növü üzrə onlayn qaydada keçirilən beynəlxalq "İpək yolu kuboku” turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnirdə 15 turdan 11,5 xal toplayan azərbaycanlı qrossmeyster Rauf Məmmədov birinci yeri tutub. Ondan yarım xal geri qalan gürcü Bahadur Cobava ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə 10,5 xalla Azərbaycan yığmasının digər üzvü Nicat Abasov tutub.

Yığmamızın üzvlərindən Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Nicat Məmmədov, Vasif Durarbəyli ilk 10-da yer alıblar. Belə ki, Ş.Məmmədyarov 10 xalla 5-ci, A.Süleymanlı 9,5 xalla 7-ci, N.Məmmədov eyni xalla 9-cu, V.Durarbəyli 9 xalla 10-cu olublar

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədovun təşəbbüsü ilə keçirilən turnir Azərbaycanın və Gürcüstanın milli bayramları - müvafiq olaraq, Respublika Günü və Müstəqillik Gününə həsr edilib. Yarışın təşkilində məqsəd Azərbaycan ilə Gürcüstan arasında idman sahəsində əlaqələrin inkişafı, pandemiya dövründə şahmatçıların oyun praktikasının qorunub saxlanması və bu qədim idman növünün təbliğidir.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 20 min avrodur.

Yarış "playchess.com” virtual oyun platforması vasitəsilə keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video