Alternative content

02:33 04 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:25 04.07.2020 Çörək bol olarsa…
00:20 04.07.2020 BİLDİRİŞ
00:20 04.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kaliforniya qubernatoru türk diplomatın erməni qatilinin şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə xahişi rədd edib
Kaliforniya qubernatoru türk diplomatın erməni qatilinin şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə xahişi rədd edib
ANA SƏHİFƏ / SİYASƏT
21:27 28.05.2020

Kaliforniya qubernatoru Gevin Nyusom 1982-ci ildə Los-Ancelesdə Türkiyə diplomatını qətlə yetirmiş erməni Xampinq Sasunyanın şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə xahişi rədd edib.

AZƏRTAC xəbər verir ki, qubernator Nyusom daha əvvəl Sasunyanı şərti olaraq vaxtından əvvəl azad edilmə üçün yararlı hesab edən Şərti olaraq Vaxtından Əvvəl Dinləmələr Şurasının qərarını ləğv edib.

Qubernator bildirib: "İş üzrə sübutları öyrənəndən və nəzərdən keçirəndən sonra hesab edirəm ki, Sasunyan bütün ehtiyat tədbirləri nəzərə alınmaqla, azadlığa buraxılmamışdan əvvəl o, əlavə iş yerinə yetirməlidir. O, azad ediləcəyi təqdirdə, cəmiyyət üçün hələ də müəyyən təhlükə törədir və mən Şərti olaraq Vaxtından Əvvəl Dinləmələr Şurasının Sasunyanın azad edilməsinə dair qərarını ləğv edirəm".

Sasunyan və onun cinayət yoldaşı Krikor Saliba 1982-ci il yanvarın 28-də türk diplomat Kamal Arıkanı odlu silahla qətlə yetirib. On dörd güllə yarası alan Arıkan yerindəcə keçinib. Saliba ədalət mühakiməsindən yaxasını qurtara bilib, lakin Sasunyan 1984-cü ildə həbs edilib və ömürlük həbs cəzasına məhkum edilib.

1970-ci illərin ortalarından etibarən Türkiyənin 40-dan çox diplomatı, o cümlədən ABŞ-da dörd diplomatı erməni terrorçuların hücumları nəticəsində həlak olub. Hücumların böyük əksəriyyəti "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" (ASALA) və "Erməni Soyqırımı Ədalət Komandanlığı" (JCAG) terror təşkilatları tərəfindən törədilib. Qətllər ABŞ, Avstriya, Fransa, İtaliya, İspaniya, Livan, Yunanıstan, İsveçrə, Niderland, Kanada, Portuqaliya, İran və Böyük Britaniyada baş verib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM