Alternative content

02:46 04 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:25 04.07.2020 Çörək bol olarsa…
00:20 04.07.2020 BİLDİRİŞ
00:20 04.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əli Hüseynli: Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələr inkişaf edir
Əli Hüseynli: Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələr inkişaf edir
ANA SƏHİFƏ / SİYASƏT
21:25 28.05.2020

Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələr inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli TASS informasiya agentliyinin təşkil etdiyi Rusiya və Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərinə həsr olunmuş videoformatında mətbuat konfransında söyləyib. Mətbuat konfransının moderatoru TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman idi.

Ə.Hüseynli koronavirus pandemiyası ilə əlaqədar sərhədlərin bağlanması üzündən Rusiyada qalmış vətəndaşlarımızın vətənə qayıtmasında göstərdikləri dəstəyə görə Rusiya Prezidenti Vladimir Putinə, Dağıstan Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib, iki ölkə hökumətlərinin bu məsələ ilə bağlı problemləri birlikdə həll etdiklərini diqqətə çatdırıb.

Milli Məclis Sədrinin birinci müavini epidemiya üzündən turizm sektorunun fəaliyyətini dayandırmağa məcbur olduğunu xatırladaraq, eyni zamanda, yük daşımalarının aramsız həyata keçirilməsinin sevindirici hal kimi qiymətləndirib. Ə.Hüseynli 9 May - Qələbə Günün Azərbaycanda da təntənə ilə qeyd olunduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müharibə veteranlarına birdəfəlik maddi yardımlar ayrıldığını diqqətə çatdırıb.

"İkinci Dünya müharibəsindən danışarkən bəzi ölkələrdə sovet əsgərlərinin abidəsinin sökülməsini, bəzilərində isə faşist cəlladlarına heykəl qoyulmasını təəssüflə xatırlatmamaq olmur. Ermənistanda cinayətkar Qaregin Njdenin heykəli qoyulub. KİV-lərdə Ermənistanın baş naziri Paşinyanın babasının nasistlər tərəfdə döyüşməsi barədə məlumatlar yayılıb, Paşinyan isə öz babasını müharibə qəhrəmanı adlandırıb. Düşünürəm ki, biz bütün tədbirlərdə belə mənfi təzahürlər barədə danışmalıyıq. Biz, həmçinin Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda keçirilən qeyri-qanuni prezident seçkilərinə qarşı da öz kəskin etirazımızı bildiririk”, - deyə o vurğulayıb.

Azərbaycan-Rusiya münasibətlərinin strateji xarakter daşıdığını qeyd edən Əli Hüseynli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi səylərə görə Rusiya tərəfinə minnətdarlığını bildirərək əminliyini ifadə edib ki, münaqişənin ədalətli həlli bütövlükdə Cənubi Qafqaz ölkələrinin inkişafına təkan verər.

Görüşün moderatoru Mixail Qusmanın Avrasiya İqtisadi Birliyi haqqında sualına cavabında Əli Hüseynli bildirib ki, Azərbaycanın bu qurumda müşahidəçi kimi iştirakı faydalı olardı və bu məsələnin ekspertlər səviyyəsində müzakirə oluna biləcəyi istisna deyil.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM