28 May 2020 13:17
684
DÜNYA
A- A+

Dünya Meteorologiya Təşkilatı yay mövsümünün olduqca isti keçəcəyinə dair xəbərdarlıq edib


Dünya Meteorologiya Təşkilatı bu il yay mövsümünün planetimizin şimal yarımkürəsində rekord səviyyədə isti keçə biləcəyinə dair xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, təşkilatın nümayəndəsi Kler Nullis koronavirus pandemiyası ilə bərabər bu fenomeni də diqqətdə saxlamağı tövsiyə edib. Onun sözlərinə görə, 2020-ci ilin ilk aylarının isti keçməsi bu ilin meteoroloji ölçmələr tarixində rekorda imza atacağını ehtimal etməyə əsas verir. Pandemiya dövründə nə qədər mürəkkəb olsa da, şəhər və bələdiyyələr indidən insanları istidən və günvurmadan qorumaq üçün müvafiq tədbirlər görməlidirlər.

K.Nullis, həmçinin qeyd edib ki, yay mövsümünün olduqca isti keçdiyi illərdə adətən insanlara kondisioner sistemlərinin yaxşı çalışdığı ticarət mərkəzlərində daha çox vaxt keçirmək, istidən əziyyət çəkən qonşu və tənha yaşıyan insanları tez-tez yoluxmaq tövsiyə olunurdu. Bu il isə pandemiya ilə əlaqədar olaraq sosial məsafə və evdə qalma tövsiyələri ön planda dayanır ki, bu da istilərlə bağlı fərqli yanaşma tələb edəcək.

Beynəlxalq təşkilat qarşıdakı mümkün istiləri nəzərə alaraq gündəlik həyatda edilməsi vacib olan işlərdən ibarət siyahı hazırlayıb, eyni zamanda, pandemiyaya paralel şəkildə istilərə qarşı mübarizə üçün ideyalar paketi üzərində iş aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video