27 May 2020 20:44
1398
DÜNYA
A- A+

Türkiyədə “Demokratiya və Azadlıqlar Adası”nın açılışı olub

 
Mayın 27-də Türkiyədə "Demokratiya və Azadlıqlar Adası”nın açılışı olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən açılış mərasiminə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli də qatılıb. Onlar adanı gəzib, buradaki yeni tikililərlə tanış olublar.

Türkiyə demokratiyasının rəmzi hesab edilən, əsası yaşıllıqdan ibarət və yenidən qurulan bu adanın ərazisi 18 hektardır. Burada "Adnan Menderes” konqres mərkəzi, "27 May Tarix Yaylası” və "Demokratiya və insan haqları” muzeyləri, beynəlxalq toplantılar üçün salonlar, otel, məscid, sərgi zalları, kitabxana, kafe və restoranlar inşa edilib. Adadda demokratiyanın rəmzi olan 24 metrlik mayak ucaldılıb.

Qeyd edək ki, "Demokratiya və Azadlıqlar Adası” Marmara dənizində yerləşən adalar qrupunun bir hissəsidir. Türkiyənin demokratiya tarixində dərin iz qoyan və ölkənin o vaxtki baş naziri Adnan Menderes, xarici işlər naziri Fatin Rüştü Zorlu və maliyyə naziri Həsən Polatkanın edam edilməsi ilə nəticələnən 1960-cı il 27 may dövlət çevrilişindən sonra bu ada çoxsaylı məhkəmə proseslərinin ünvanı olub. Belə ki, Türkiyə dövlətinin başında duran bu insanlar edam edilmədən əvvəl məhz bu adada mühakimə olunublar. Lakin Türkiyə Böyük Millət Məclisi tərəfindən 1990-cı il aprelin 11-də qəbul edilən qanunla Adnan Menderes və onunla birlikdə edam edilənlərin günahsız olduqları öz təsdiqini tapıb. 2013-cü ildə "Yassıada” kimi tanınan bu adanın adı "Demokratiya və Azadlıqlar Adası” olaraq dəyişdirilib və 2015-ci ildən burada yenidənqurma işləri başlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video