Alternative content

15:35 15 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Amerikanın “Newsweek” jurnalı ikili standartlar və Ermənistanın işğalçı siyasəti barədə məqalə dərc edib
Amerikanın “Newsweek” jurnalı ikili standartlar və Ermənistanın işğalçı siyasəti barədə məqalə dərc edib
ANA SƏHİFƏ / SİYASƏT
19:21 27.05.2020
 
Amerikanın "Newsweek” jurnalı "Haym Solomon Mərkəzi” xəbərlər şirkətinin prezidenti və icraçı direktoru Pol Millerin "Koronavirus, korrupsiya və koqnitiv dissonans QHT landşaftını necə formalaşdırır” adlı məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə dünyanın bəzi ölkələrinin ikili standartlarından və Ermənistanın işğalçılıq siyasətindən bəhs olunur.

Müəllif yazır ki, İsrail ikili standartlara öyrəncəlidir. Lakin İsraildən fərqli olaraq, Ermənistan "QHT dünyasında "sevimli” hesab edilir. "Human Rights Watch” hüquq müdafiəsi təşkilatının Yaxın Şərq və Şimali Afrika işləri üzrə bölməsinin sabiq direktoru və Kuinsi İnstitutu nəzdində Corc Sorosun maliyyələşdirdiyi tədqiqatlar və siyasət bölməsinin sabiq direktoru Sara Liya Uitson bu ikili standartların parlaq təcəssümüdür. Hər iki təşkilat daim İsrailin qatı tənqidçisi olub, lakin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləməyib.

Görünür, Ermənistan tərəfindən işğal edilən, - bu fakt BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə təsdiqlənib, - Azərbaycanın Dağlıq Qarabağ regionunda qeyri-qanuni yaşayış yerlərinin tikintisinə Uitsonun heç bir şübhəsi yoxdur. Müəllif yazır ki, Uitson Qarabağı "Ermənistanın ayrılmaz hissəsi” hesab edən Amerikanın erməni milli komitəsi üçün 2018-ci ildə vəsait toplanmasını həyata keçirib.

Bir neçə ay əvvəl Demokratiyanın Müdafiəsi Fondunun (FDD) dərc etdiyi məruzədə müxtəlif ölkələrin hökumətləri və qeyri-hökumət təşkilatları tərəfindən selektiv tənqidə münasibətdə "beynəlxalq sistemdə daha dərin problemlər” qeyd olunub. Məruzə müəlliflərinin fikrincə, Ermənistan "Dağlıq Qarabağın işğalından sonra əsasən simvolik qarşıdurma ilə üzləşib və ona qarşı hansısa konkret sanksiyalar tətbiq edilməyib və ya üzərinə öhdəliklər qoyulmayıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrində Azərbaycan Respublikasında böyük sayda dinc əhalinin məcburi köçürülməsi və Azərbaycan ərazilərinin işğal olunması pislənilir. Lakin onlar təcavüzkarın birbaşa identifikasiyasından vaz keçdilər...”, - deyə müəllif məruzənin mətninə istinad edərək yazır.

Miller, həmçinin qeyd edir ki, Qərbin heç bir ölkəsinin Dağlıq Qarabağdakı oyuncaq rejimi tanımamasına baxmayaraq, Azərbaycanın işğal edilmiş torpaqlarında istehsal edilən məhsullar sərbəst şəkildə bu ölkələrin bazarlarına daxil olur.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM