Alternative content

10:46 10 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:18 10.07.2020 Sənətkar ömrü
00:17 10.07.2020 Borcumuzdur bu ehtiram...
00:16 10.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndoneziya portalı Azərbaycan səfirinin ölkəmizin uğurlarından bəhs edən müsahibəsini yayıb
İndoneziya portalı Azərbaycan səfirinin ölkəmizin uğurlarından bəhs edən müsahibəsini yayıb
ANA SƏHİFƏ / SİYASƏT
15:07 27.05.2020
 
İndoneziyanın "Kompasiana” internet portalında 28 May – Respublika Günü ilə əlaqədar "İndoneziya Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir” başlığı altında jurnalist Viramalla Ancayanın ölkəmizin İndoneziyadakı səfiri Cəlal Mirzəyev ilə müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə müsəlman Şərqində ilk dünyəvi və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, xüsusilə uğurlu dövlət quruculuğuna, dövlət müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasına, ABŞ və bir sıra Qərb ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verilməsinə dair geniş məlumatlar yer alıb.

C.Mirzəyev Azərbaycanın 71 il Sovet İttifaqının tərkibində olduğunu, müstəqilliyini bərpa etdikdən sonra 28 may tarixinin Respublika Günü kimi qeyd edildiyini bildirib. Müsahibədə dövlət müstəqilliyi bərpa edildikdən sonra ümummilli lider Heydər Əliyevin onu qorumaq və möhkəmləndirmək məqsədilə Azərbaycan xalqında milli ruhu gücləndirmək üçün bir çox işlər gördüyü qeyd olunub. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil, suveren və demokratik bir ölkə olaraq uğurlu və səmərəli idarəetmə sayəsində ciddi nailiyyətlər qazandığı vurğulanıb. Bildirilib ki, ölkəmizdə sosial-iqtisadi vəziyyətin yaxşılaşması və insan kapitalının inkişafı istiqamətində ciddi addımlar atılıb, eləcə də Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi daha möhkəmlənib.

Səfir C.Mirzəyev, həmçinin İndoneziya ilə bir çox sahələrdə inkişaf edən ikitərəfli münasibətlərdən bəhs edib, Azərbaycan ilə İndoneziya arasında oxşarlıqlara diqqət çəkib, hər iki ölkənin əhalisinin əksər hissəsinin müsəlmanların təşkil etdiyini və dövlət idarəçiliyində demokratik dəyərlərə böyük əhəmiyyət verildiyini bildirib. O, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının (QH) üzvləri kimi Azərbaycan və İndoneziyanın qlobal məsələlərdə də oxşar siyasi baxışlara malik olduğunu, BMT kimi bir sıra çoxtərəfli təşkilatlarda sıx əməkdaşlıq edildiyini xüsusi vurğulayıb.

Müsahibədə ölkəmizdə COVID-19 infeksiyası ilə mübarizə istiqamətində görülən işlərdən, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətindən, Azərbaycan ilə İndoneziya arasında iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrin hazırkı səviyyəsindən bəhs edilib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM