Alternative content

22:51 13 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
ANA SƏHİFƏ / Mədəniyyət
12:33 27.05.2020
  
Beynəlxalq Muğam Mərkəzinin (BMM) foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında "Unudulmayanlar" layihəsi çərçivəsində növbəti onlayn mühazirə Xalq Artisti, görkəmli aktyor, opera müğənnisi, rejissor, pedaqoq, tanınmış teatr xadimi, XX əsr milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutan Hüseynqulu Sarabskiyə həsr olunub.

BMM-dən AZƏRTAC-a bildiriblər ki, musiqişünas, professor Nailə Rəhimbəyli sənətkar haqqında geniş məlumatı izləyicilərə təqdim edib.

Hüseynqulu Sarabskini səhnəmizin əfsanəvi Məcnunu adlandırırlar. Sənətə Şərqin və Azərbaycanın ilk operası, dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” zirvəsindən başlayan sənətkar bütün ömrünü bu zirvənin məsuliyyətini və ucalığını dərk edərək yaşayıb, sənətinə, peşəsinə vurğunluğu ilə nəsillərə nümunə olub. Səhnədə olduğu 30 ildən artıq bir müddətdə Məcnun rolunu 400 dəfə ifa edib.

Dünya opera sənətinin unikal bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyil. O, Üzeyir Hacıbəylinin opera və operettalarında – Kərəm ("Əsli və Kərəm”), Şeyx Sənan ("Şeyx Sənan”), Şah Abbas ("Şah Abbas və Xurşidbanu”), Söhrab ("Rüstəm və Söhrab”), Sərvər ("O olmasın, bu olsun), Mərcan bəy ("Ər və arvad”), Əsgər ("Arşın malalan”), Müslüm Maqomayevin "Şah Ismayıl”ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib”ində Aşıq Qərib rollarının ilk ifaçısı olub.

Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM