27 May 2020 12:26
415
SİYASƏT
A- A+

Misirin “Aaiyaelyoum” xəbər agentliyinin rəhbəri 28 May – Respublika Günü münasibətilə baş məqalə yazıb

 
Misirin "Asiyaelyoum” xəbər agentliyinin baş direktoru, tədqiqatçı-jurnalist Əbu Bəkr Əbu Məcdin Azərbaycanın milli bayramı – Respublika Gününə həsr edilmiş "Azərbaycan: Müsəlman Şərqində ilk demokratik respublikanın tarixi” sərlövhəli baş məqaləsi yayılıb.

AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətinin Şərqin ilk respublikası olduğu qeyd edilib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixindən bəhs edən tədqiqatçı-jurnalist vurğulayıb ki, Şərqdə ilk respublikanın baniləri İslam aləmində yeni eranın başlanğıcını qoyublar. Qısa müddət ərzində mövcud olmasına baxmayaraq, AXC Azərbaycan xalqının gələcəyinə işıq salan bir mayak rolunu oynayıb.

Məqalədə qeyd olunub ki, Sovet İttifaqının süqutundan sonra Cümhuriyyətin legitim varisi kimi Azərbaycan Respublikası yenidən öz müstəqilliyinə qovuşub. Dünyanın və İslam aləminin dahi şəxsiyyəti Heydər Əliyevin rəhbərliyi ilə müstəqil, demokratik və iqtisadi cəhətdən qüdrətli dövlət qurulub.

Baş direktorun məqaləsində Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğu, BMT TŞ tərəfindən 1993-cü ildə qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyi də diqqətə çatdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video