26 May 2020 16:07
646
SİYASƏT
A- A+

Misirli baş redaktor: Müsəlman ölkənin ərazilərini işğal edən Ermənistanın Baş nazirinin Ramazan bayramı təbriki səmimi deyil

 
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın Ermənistanın Baş naziri Nikol Paşinyanın İslam ölkələrinin liderlərinə Ramazan bayramı təbriki göndərməsini ikiüzlülük adlandıran bəyanatı ilə əlaqədar "Aldiplomasy” internet qəzetinin baş redaktoru Əşrəf Əbu Ərəfə geniş məqalə yazıb.

AZƏRTAC-ın verdiyi məlumata görə, misirli jurnalistin şərhində qeyd olunur ki, müsəlman ölkəsi olan Azərbaycanın ərazisini işğal edən, əhalisini qətlə yetirən Ermənistanın Baş nazirinin İslam ölkələrinin liderlərinə Ramazan bayramı təbriki səmimi deyil. "Ramazan bayramında İslam ölkələrinin liderlərinin diqqətini cəlb etmək məqsədilə təbrik məktubları göndərən qeyri-müsəlman dövlətin lideri Paşinyanın ölkəsinin illər boyu Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonları işğal altında saxlaması, dinc insanları, o cümlədən qadınları, uşaqları və yaşlı insanları qətlə yetirməsi faktı dünya ictimaiyyətinə, bütün müsəlmanlara məlumdur. Heç şübhəsiz ki, Ermənistanın rəsmi şəxslərinin təbriki Azərbaycan xalqının ədalətli mövqeyi və pozulan hüquqlarının fonunda "balın içində olan zəhər” təəssüratı bağışlayır. İşğalçı ölkənin bu təbriki azərbaycanlıların, eyni zamanda, bütün müsəlmanların hüquqlarının kobud şəkildə pozulduğu bir şəraitdə açıq-aşkar riyakarlıqdır”.

Müəllif qeyd edir ki, Ermənistan öz ərazisində yaşamış müsəlmanlara da zülm edərək, onları öz doğma yurdlarından didərgin salıb. Onun həyata keçirdiyi etnik təmizləmə siyasəti, işğal olunmuş ərazilərdə İslam abidələrinin, məscidlərin dağıdılması və Xocalı soyqırımı kimi ağır qətliamlar bütün bəşəriyyətı qarşı törədilmiş cinayətdir. "Ermənistan, əslində, bununla İslama qarşı təcavüzkar siyasət aparır. Bu ölkə müsəlmanların hüquqlarını bərpa etməli, işğal etdiyi ərazilərdən tezliklə çıxmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Lakin Nikol Paşinyanın təxribatçı hərəkətləri göstərir ki, o, bu cür yanaşmadan çox uzaqdır”, - deyə baş redaktor vurğulayır.

Məqalənin sonunda qeyd olunur: "Ramazan bayramında təbrik göndərməkdənsə, Ermənistan hakimiyyəti İslam dünyasına və müsəlman əhalisinə hörmətlə yanaşmalı, yalançı çağırışlara son qoymalı, İslam Əməkdaşlıq Təşkilatının işğala son qoymaq haqqında qərarlarını yerinə yetirməlidir”.

Məqalənin tam mətni ilə https://www.aldiplomasy.com/?p=93709 linkindən tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video