Alternative content

16:28 10 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Misirli professor: Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin varisi olan Azərbaycan Respublikası böyük uğurlara imza atıb
Misirli professor: Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin varisi olan Azərbaycan Respublikası böyük uğurlara imza atıb
ANA SƏHİFƏ / SİYASƏT
16:05 26.05.2020
 
Azərbaycan xalqı hər il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi gününü milli bayram kimi qeyd edir. Cəmi 23 ay yaşayan, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin varisi olan Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra böyük uğurlara imza atıb.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Misirin Həlvan Universitetinin professoru Adil Dərviş söyləyib. O qeyd edib ki, Sovet İttifaqının süqutundan sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan demokratiyanın, plüralizmin bərqərar olması, bazar iqtisadiyyatının inkişafı, insan hüquqlarının, habelə din və vicdan azadlıqlarının təmin edilməsi sahəsində böyük nailiyyətlər əldə edib.

A.Dərviş daha sonra deyib: "Dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı dünyanın ən görkəmli siyasətçilərindən biri olan Heydər Əliyevi ölkənin rəhbəri seçdi. Məhz onun hakimiyyəti dövründə iqtisadi inkişafın təməli qoyuldu, ölkə qısa bir vaxtda beynəlxalq aləmdə böyük nüfuz qazandı. 2003-cü ildə prezident seçilən İlham Əliyev görkəmli dövlət xadiminin uzaqgörən siyasətini davam etdirərək Azərbaycanı Mərkəzi Asiya və Xəzər regionunda iqtisadi cəhətdən ən qüdrətli dövlətə çevirdi. Bununla yanaşı, etiqad azadlığını təmin edən, etnik və dini zəmində hər hansı münaqişələrdən uzaq olan Azərbaycan bu gün dünyada tolerantlıq nümunəsi, sivilizasiyalar və dinlərarası dialoq mərkəzi kimi tanınır. Mən bir müddət ölkənizdə işləmişəm və Bakıda keçirilən beynəlxalq tədbirlərin iştirakçısı olmuşam. Diqqətəlayiq haldır ki, Azərbaycan dövlətinin lideri İslam ölkələri, o cümlədən ərəb dövlətləri ilə əməkdaşlığa böyük əhəmiyyət verir”.

Professor A.Dərviş əlavə edib ki, Azərbaycan xalqı hələ XIX əsrin sonlarında və XX əsrin əvvəlində Şərqdə elmin, təhsilin, incəsənətin inkişafında əldə etdiyi uğurlarla seçilib: "Şərqdə ilk qızlar məktəbi, teatr və opera sənəti məhz Azərbaycanda yaranıb. Zəngin tarixə və mədəni irsə malik olan ölkənizdə olan qədim məscidlər, kilsələr və məbədlər əsrlər boyu bu torpaqlarda sivilizasiyalar, dinlər arasında körpü olub”.

"Təəssüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycan ərazilərinin 20 faizi hələ də Ermənistanın işğalı altındadır. Hamıya yaxşı məlumdur ki, Dağlıq Qarabağ qədim Azərbaycan torpağıdır. Arzu edirik ki, münaqişə tezliklə öz ədalətli həllini tapsın və qardaş ölkə olan Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin”, - deyə A.Dərviş sözlərinə yekun vurub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM