26 May 2020 10:40
575
DÜNYA
A- A+

Yaponiya ictimai və işgüzar fəallığı mərhələlərlə bərpa edəcək

 
Yaponiya bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi ləğv olunduqdan sonra ictimai və işgüzar fəallığı mərhələlərlə bərpa edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Şinzo Abe mayın 25-də keçirdiyi mətbuat konfransında deyib. Ş.Abe bildirib ki, hökumət koronavirusa yoluxmanın əhatə dairəsini, ölkənin hər bir regionunda xəstəliyin yayılma təhlükəsini nəzərə alaraq, məhdudiyyətləri üç həftə ərzində mərhələlərlə aradan qaldırmağı planlaşdırır.

Bildirilir ki, ilkin olaraq iştirakçıların sayının azaldılması şərti ilə konsertlərin və sərgilərin təşkilinə icazə veriləcək. Hökumət bu zaman məhdudiyyətləri bir neçə mərhələdə aradan qaldırmaq niyyətindədir.

Peşəkar idman oyunları, o cümlədən beysbol və J-liqasının futbol oyunları iyunun 19-da tamaşaçıların iştirakına icazə verilmədən keçirilə bilər. Tamaşaçıların bu oyunları canlı izləməsinə sonradan və mərhələlərlə icazə veriləcək.

Hökumət, həmçinin avqustun 1-dən başlayaraq istənilən idman tədbirlərinin təşkilinə icazə verməyi də planlaşdırır. Lakin bu oyunlara tamaşaçıların sayı stadionlardakı yerlərin 50 faizi miqdarında olmaq şərti ilə icazə veriləcək.

Karaoke və idman zallarında mayın 1-dən işi bərpa etmək nəzərdə tutulsa da, burada da iştirakçıların sayında məhdudiyyətlər olacaq.

Mütəxəssislər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri tam hazırlanmadığına görə canlı musiqinin səsləndiyi yerlərin, həmçinin gecə klublarının açılmasına hələlik icazə verilməyəcək. Onların fəaliyyətinin iyunun 19-dan sonra bərpa olunacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video