25 May 2020 23:04
875
CƏMİYYƏT
A- A+

“Can Azərbaycan və onun geopolitik mövqeyi” mövzusunda videokonfrans təşkil olunacaq

 
Azərbaycanın Türkiyədəki Səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADƏHF) birgə təşkilatçılığı ilə "Can Azərbaycan və onun geopolitik mövqeyi” mövzusunda videokonfrans keçiriləcək.

AZƏRTAC xəbər verir ki, TADƏHF-in rəhbəri, professor Aygün Əttarın sədrliyi ilə reallaşacaq videokonfrans 28 May - Respublika Gününə həsr olunacaq.

Mayın 27-də Türkiyə vaxtı ilə saat 11.00-da başlanacaq videokonfransda səfir Xəzər İbrahim, Milli Məclis Sədrinin müavini Adil Əliyev , Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatları-Sinan Oğan və İsmail Safinin iştirakı nəzərdə tutulub.

İştirakçılar müsəlman-şərqində ilk demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, süqutunun səbəbləri, hərbi işğaldan sonrakı siyasi taleyi və keçdiyi yol, nəhayət keçmiş SSRİ-nin süqutu ərəfəsində müstəqilliyimizin bərpası, qarşılaşdığımız problemlərin səbəbləri və respublikamızın qazandığı uğurlarla bağlı fikir və mülahizələrini bölüşəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video