Alternative content

07:08 07 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:23 07.07.2020 BİLDİRİŞ
00:21 07.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Misir KİV-ləri: Misirin işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
Misir KİV-ləri: Misirin işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
ANA SƏHİFƏ / SİYASƏT
19:59 25.05.2020
 
Misirin aparıcı KİV-ləri – "Şbbabalnil”, "Əl-Bavabnews” və "Elvathiqa” portalları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı qondarma erməni rejimi tərəfindən mayın 21-də keçirilmiş "andiçmə mərasimi” ilə bağlı "Vətənpərvər” - Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun bəyanatını yayıb.

AZƏRTAC xəbər verir ki, "Azərbaycan icması Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkiləri” Misirin tanımamasını yüksək qiymətləndirib” sərlövhəli məqalədə Ermənistanın işğal etdiyi ərazilərdə saxta "seçkilərin” və "andiçmə mərasiminin keçirilməsinin beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanır, həmçinin soydaşlarımızın bu qanunazidd hərəkətləri tanımayan Misir dövlətinə təşəkkür etdiyi bildirilir.

Bəyanatın mətnində qeyd olunur ki, dünyada tüğyan edən koronavirus pandemiyası dövründə BMT və digər beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, Ermənistan və onun dəstəklədiyi separatçı qondarma rejim mayın 21-də Azərbaycanın Şuşa şəhərində qanunsuz "andiçmə mərasimi” keçirib. Əlavə edilib ki, bu hərəkətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, aparılan danışıqlar prosesində ciddi zərbədir. Misir oxucularına məlumat verilib ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, GUAM bu saxta seçkiləri tanımayıb və onu qətiyyətlə pisləyib.

Azərbaycan icmasının bəyanatında vurğulanıb ki, Misir Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi, Dağlıq Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıyır.

"Azərbaycan xalqı bizim ədalətli mövqeyimizi dəstəklədiyinə görə qardaş ölkəyə minnətdardır”, -deyə məqalənin sonunda bildirilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM