25 May 2020 17:13
785
Məktublar
A- A+

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Bağdad Amreyevdən

 
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Türk Şurası adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, digər xalqlara da bir örnək olmuşdur.

Müstəqilliyinin bərpasından etibarən gündən-günə daha da inkişaf edən Azərbaycan Respublikası Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində regionun ən inkişaf etmiş ölkəsi olaraq, dünya dövlətləri arasında nüfuzunu möhkəmləndirməkdədir.

Eyni zamanda, Türk Şurasına daimi dəstəyinizi və Sizin sədrliyinizlə Bakıda keçirilən yeddinci Zirvə görüşünün uğurlu nəticələrinin Türk Şurasının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və təşkilatımızın regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə zəmin yaratdığını məmnuniyyətlə qeyd etmək istərdik.

Bunun bariz nümunəsi kimi, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat olaraq, bir daha Sizin təşəbbüsünüz və sədrliyiniz ilə COVID-19 pandemiyasına həsr edilmiş videokonfrans formatında ilk fövqəladə Zirvə görüşünü keçirmişdir. Bəşəriyyətin üzləşdiyi belə bir çətin dövrdə türkdilli dövlətlər arasında həmrəylik və birlik nümayişi beynəlxalq aləmdəki nüfuzumuzu daha da artırmışdır.

Zati-aliləri, Sizin uzaqgörən xarici siyasətiniz nəticəsində Türk Şurasının COVID-19 infeksiyası ilə mübarizədə təcrübəsinin və həmrəylinin dünya birliyi tərəfindən örnək kimi qəbul olunmasını xüsusi qeyd etmək istərdik.

Fürsətdən istifadə edərək, bu tarixi gün münasibətilə Zati-alinizə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayır, Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik diləyirəm.

Dərin hörmət və ehtiramla,


Bağdad Amreyev

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video