Alternative content

05:58 07 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:23 07.07.2020 BİLDİRİŞ
00:21 07.07.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 28 May – Respublika Günü Misirin aparıcı KİV-lərinin diqqətində
28 May – Respublika Günü Misirin aparıcı KİV-lərinin diqqətində
ANA SƏHİFƏ / SİYASƏT
17:11 25.05.2020
 
Azərbaycanın Misirdəki səfiri Tural Rzayevin 28 May - Respublika Günü ilə bağlı məqaləsi bu ölkənin geniş oxucu kütləsinə malik Asiaelyoum Xəbər Agentliyinin saytında, həmçinin "Əl-Cumhuriyyə” və "Əl-Diplomasy” qəzetlərində yayılıb.

AZƏRTAC xəbər verir ki, məqalədə səfir 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə təşəkkül tapmış Azərbaycan Xalq Cümhuriyyətinin Şərqin ilk respublikası olduğunu qeyd edib. SSRİ-nin süqutundan sonra Cümhuriyyətin legitim varisi kimi Azərbaycan Respublikasının yenidən öz müstəqilliyinə qovuşduğunu qeyd edən diplomat ölkəmizin son illər ərzində sürətlə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, buna baxmayaraq, Azərbaycanın qarşısında duran əsas problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir.

Səfir Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu diqqətə çatdıraraq, BMT TŞ tərəfindən 1993-cü ildə qəbul olunmuş dörd qətnamənin Ermənistan tərəfindən indiyədək yerinə yetirilmədiyini yazıb.

1990-cı illərin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın çox çətin dövrlər yaşadığını qeyd edən diplomat hakimiyyətin bir neçə dəfə dəyişdiyini, daxildən və xaricdən bir çox təzyiqlərə məruz qaldığını bildirərək nəhayət, 1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə ciddi dəyişikliklərin həyata keçirilməsinə başlanıldığını vurğulayıb. Məhz Ulu Öndərin müdrik siyasəti ilə qısa zaman ərzində dövlətin əsaslarının gücləndiyini qeyd edən səfir işğalçı Ermənistan tərəfi ilə atəşkəslə bağlı razılaşmanın əldə olunduğunu bildirib, Ümummilli Lider tərəfindən milli neft strategiyasının işlənildiyini, onun rəhbərliyi ilə 1994-cü ildə dünyanın müxtəlif şirkətlərinin iştirak etdiyi və dəyəri 50 milyard ABŞ dolları olan "Əsrin müqaviləsi”nin imzalandığını Misir ictimaiyyətinin diqqətinə çatdırıb.

Son illər ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan T.Rzayev ölkəmizin regionda turizm məkanına çevrildiyini, dünya ölkələri, o cümlədən ərəb və müsəlman dünyası ilə viza rejiminin sadələşdirildiyini, beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini qeyd edib.

Məqalənin mətni ilə https://www.asiaelyoum.com/92718/2020/05/25/%d8%a3%d8%b0%d8%b1%d8%a8%d9%8a%d8%ac%d8%a7%d9%86-%d8%aa%d8%ad%d8%aa%d9%81%d9%84-%d8%a8%d8%a7%d9%84%d8%b9%d9%8a%d8%af-%d8%a7%d9%84%d9%88%d8%b7%d9%86%d9%8a-102-%d9%84%d8%aa%d8%a3%d8%b3%d9%8a%d8%b3/, https://www.aldiplomasy.com/?p=93688 linklərində tanış olmaq mümkündür.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM