25 May 2020 17:09
1039
SİYASƏT
A- A+

Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir

 
Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə respublikamızın bütün guşələrindən vətəndaşlarımız Prezident İlham Əliyevə çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bir neçəsini təqdim edir.

Gəncə şəhərindən Sevda Abdullayeva yazır: "Hörmətli cənab Prezident, Siz hər bir azərbaycanlının Prezidentisiniz. Bunu belə ağır günlərdə xalqımızın yanında olmaqla bir daha sübut etdiniz. Çox təəssüflər olsun ki, bütün dünyanın bəlasına çevrilmiş COVID-19 Azərbaycanımızdan da yan keçmədi. Lakin Siz öz köməyinizi, qayğınızı bizlərdən, xalqımızdan əsirgəmədiniz. Ümummilli lider Heydər Əliyev xalqını böyük bəlalardan necə qorumuşdusa, Siz də bizi elə qoruyursunuz. Çünki Siz Ulu Öndərin layiqli davamçısısınız. Biz əminik ki, müdrik qərarlarınız sayəsində ölkəmiz koronavirus pandemiyası ilə mübarizdən üzüağ çıxacaq və firavan həyatımıza davam edəcəyik. Mən öz adımdan, ailəmin və qohumlarımın adından, eləcə də, Gəncə ziyalıları adından Sizə təşəkkür edirəm. Əziz Prezidentim, biz Sizinlə fəxr edirik. Tanrı Sizi və ailənizi qorusun!”.

Bakı şəhərinin sakini Azər Səmədovun məktubunda deyilir: "Hörmətli cənab Prezident, bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətindən minimum itkilərlə çıxır. Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir. Sizin düzgün idarəetməniz gələcəkdə ölkəmizin daha güclü olmasına zəmin yaradır. Hər şeyə görə Sizə təşəkkür edirəm”.

Masallı rayonunun Ərkivan qəsəbəsindən şagird İntiqam İsmayılov: "Hörmətli cənab Prezident, mən Masallı rayonunun Ərkivan qəsəbəsindəki orta məktəbin 6-cı sinif şagirdiyəm. Kəndimizin bütün məktəbliləri adından Sizə böyük təşəkkür etmək istəyirəm. Koronavirus pandemiyası bütün dünyanı ağır sınaqlara çəkdi. Belə bir vaxtda Sizin xalqımıza, xüsusın uşaqlara qayğınız bizi qorudu. Biz məktəblilər də daha yaxşı oxumağa, dərslərimizdən geri qalmamağa çalışacağıq. Bu virus Allahın yardımı, Sizin əvvəldən gördüyünüz tədbirlərin köməyi ilə yox olub gedəcək. Buna görə Sizə təşəkkür edirəm. İnşallah, biz əvvəlki günlərə dönəcək, yenə qayğısız, xoşbəxt yaşayacağıq.

Sabunçu rayonunun Bakıxanov qəsəbəsindən Həqiqət Ələkbərova, Aynurə Ələkbərli, Adilə Əliyeva və Elşən Xəlilov yazırlar: "Hörmətli cənab Prezident, Vətənimiz və xalqımız üçün gördüyünüz işlər Sizin vətənpərvərliyinizin, siyasi səriştənizin göstəricisidir. Siz ölkəmizi bütün dünyada tanıdır, onun inkişafı üçün çalışırsınız. Bu günlərdə isə xalqımızı koronavirus pandemiyasından qorumaq üçün tədbirlər görürsünüz. Xalqımız Sizi sevir, dəstəkləyir və yanınızda olduğunu bildirir. Allah Sizi qorusun!”.

Yasamal rayonundan Solmaz Çələbiyeva: "Çox hörmətli cənab Prezident, Sizin bu pandemiya dövründə Azərbaycan xalqının hər bir vətəndaşının yanında olub, onun arxasında təkcə Prezident kimi deyil, həm də ata, övlad, qardaş kimi dayanmağınızı vətəndaş olaraq mən də alqışlayıram və buna görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu çətin yolu asan keçməkdən ötrü Sizə Allahdan möhkəm cansağlığı və bütün işlərinizdə daha böyük uğurlar diləyirəm”.

Səbail rayonundan Bəşir Xəlilov: "Hörmətli cənab Prezident, Sizin koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirləriniz çoxsaylı insan tələfatının qarşısını aldı. Bu gün bizə həm maddi, həm də mənəvi dəstək verdiyinizə görə Sizə minnətdarıq. Çox xoşbəxtik ki, Sizin rəhbərlik etdiyiniz dövrdə və dövlətdə yaşayırıq. Biz özümüzün və ailə üzvlərimizin adından Sizə minnətdarlığımızı bildirərək, gələcəkdə daha uca zirvələr fəth etməyinizi arzulayırıq”.

Gəncə şəhərindən müəllim Esmira Nəbiyeva: "Möhtərəm cənab Prezident, koronavirus pandemiyası səbəbindən dünyanın əksər ölkələri hazırda çətin günlər yaşayır. Əlbəttə ki, pandemiya Azərbaycana da təsirini göstərdi. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan vətəndaşı heç bir ağırlıq hiss etmir. Bunlar Sizin mükəmməl siyasi və iqtisadi siyasətinizin uğurlarıdır. İşsiz kimi qeydiyyatda olan şəxslərə pandemiya dövründə vəsaitlərin verilməsi, eyni zamanda, xəstəliklə mübarizədə verdiyiniz qərarlar bir daha təsdiq etdi ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. İndi Azərbaycan vətəndaşı əmindir ki, bütün vəziyyətlərdə dövləti onun arxasındadır. Şəxsən öz adımdan, eyni zamanda, ailəmin adından bir daha Sizə minnətdarlığımı bildirirəm”.

Məcburi köçkün Zülfiyyə Əliyeva: "Hörmətli cənab Prezident, mən Füzuli rayonundan məcburi köçkünəm. Dövlətimizin bugünkü şəraitinə baxanda Sizə minnətdarlıq hissi duyuram. Bu səviyyəyə qədər qət etdiyimiz yollar gözümün önündən keçir. Azərbaycanın bu günü bizi qane edir və gələcəyindən də arxayınıq. Sizə inanırıq. Nə yaxşı ki, varsınız!”.

Hacıqabul rayonundan idmançı Elnur Şəfiyev: "Möhtərəm cənab Prezident, bir gənc olaraq gördüklərim və müşahidələrim əsasında əminliklə deyə bilərəm ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində biz koronavirusla mübarizədən qalib çıxacağıq. Vaxtında atdığınız addımlar, gördüyünüz qabaqcıl tədbirlər, operativ şəkildə qəbul etdiyiniz düzgün qərarlar xalqımızı bu vəziyyətdən az itkilərlə çıxarmağa zəmin yaradır. Hörmətli cənab Prezident, yüksək nüfuzunuza söykənərək, qətiyyətinizlə, vaxtında atdığınız addımlarla Azərbaycanın dünyada olan hörmətini yüz qat artırdınız. "Biz birlikdə güclüyük!” devizi altında gördüyünüz işlərlə təsdiq etdiniz ki, əgər rəhbər müstəqil, vətənpərvər siyasət yürüdərsə, taleyini xalqının taleyindən seçməzsə, aldığı nəfəsi eli ilə, obası ilə birgə olarsa, bütün bu sınaqlardan üzüağ çıxar. Təhlükəni hiss etdiyiniz andan etibarən xalqın yanındasınız. Yorulmaq bilmədən gərgin iş rejiminə keçmisiniz. Bir gənc olaraq Sizdən örnək alıram. Sizin xalqımıza necə səylə xidmət etməyiniz məni və mənim kimi xalqa xidmət edən çoxlu sayda gənci ruhlandırır. Gördüyünüz sosial tədbirlər, əhaliyə göstərilən dəstək, verilən yardımlar, sosial müavinətlərin təyin olunması, qısa müddətdə təhvil verilən xəstəxanalar, maska, spirt zavodları və digər işlər bir daha onu sübut etdi ki, Siz həqiqətən də daim bu xalqı düşünürsünüz. Cənab Prezident, bütün bu işlərə və xalqımıza göstərdiyiniz dəyərli xidmətlərə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəxsən öz adımdan, eyni zamanda, rəhbərlik etdiyim Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul Rayon İdman Sağlamlıq Mərkəzinin kollektivi adından və Hacıqabul rayon gəncləri adından dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik”.

Beyləqan rayonundan Gülnar Bayramova: "Cənab Prezident, Sizin və Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətiniz, düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Biz Sizi dəstəkləyirik və hər zaman Sizinləyik. Cəbhə bölgəsində yaşayan füzulililər əmindirlər ki, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə koronavirus təhlükəsi tezliklə aradan qaldırılacaq, insanlarımızın sağlam və xoşbəxt həyatı təmin ediləcək. Biz hər zaman Sizinləyik. Allah Sizi var eləsin!”.

Salyan rayonunun Sarvan kəndinin sakini Əlimirzə Bəşirovun məktubunda deyilir: "Möhtərəm cənab Prezident, biz böyük bir ailəyik. Uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışırıq. Sizin kənd təsərrüfatına olan diqqətiniz və kənd adamlarına qayğınız bizi daha da yaxşı işləməyə ruhlandırır. Qazandığımız uğurlara görə Sizə minnətdarıq. Heç bir texnika və dərman preparatı sarıdan çətinliyimiz yoxdur. Cənab Prezident, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizi və ailənizi təbrik edirəm. Sizə cansağlığı arzulayıram”.

Bakının Suraxanı rayonundan Cabbar Musayev, Vüsalə Hüseynova və Səmərqənd Qasımova yazırlar: "Möhtərəm cənab Prezident, koronavirus pandemiyası dövründə ölkəmizin əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə qurtulması istiqamətində görülən mühüm işlərə görə Sizə minnətdarlığımızı bildiririk. Qısa müddət ərzində yeni xəstəxanaların tikilməsi, tibbi maska istehsalı müəssisəsinin istifadəyə verilməsi Sizin xalqa olan qayğınızdan irəli gəlir. Xalq da Sizi sevir. Allah xalqımızı bu xəstəlikdən qorusun, Sizə cansağlığı və uzun ömür versin!”.

Masallı rayonundan Qaraxan Ağayev, Lətifə Qənbərzadə, Xeybər Mirzəyev, Əşrəf Nəzərov və Azər Mirzəyev yazırlar: "Möhtərəm cənab Prezident, uzaqgörən, müdrik siyasətiniz sayəsində Azərbaycan dünyanı bürümüş koronavirusdan ən az itki verən ölkələrdən biridir. Böyükdən kiçiyə bütün əhalini qorumaq üçün düşünülmüş qərarlar verdiniz. Elə bu səbəbdən koronavirus pandemiyasının ən az təsir etdiyi ölkələr arasında birincilərdənik. Qəbul etdiyiniz qərarlara, qısa müddətdə pandemiyanı nəzarət altına aldığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Uca Allahdan Sizə cansağlığı diləyirik”.

Bakının Nizami rayonundan Elnarə Əliyeva və Firdovsi Ağayev yazırlar: "Möhtərəm cənab Prezident, xalqımızın Sizə olan sevgisi tükənməzdir. Siz də bu çətin günlərdə xalqımıza qayğı göstərərək sevginizi nümayiş etdirdiniz. Biz Sizin daxili və xarici siyasətinizi dəstəkləyirik. Hər zaman xalqın yanında olduğunuza görə Sizə təşəkkür edir, cansağlığı və uzun ömür arzulayırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video