Alternative content

22:24 13 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günüdür
Mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günüdür
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:42 25.05.2020
 
2009-cu ildən etibarən mayın 25-i Ümumdünya Qalxanabənzər Vəzi Günü kimi qeyd edilir.

AZƏRTAC xəbər verir ki, həmin gün qalxanabənzər vəzi və onun problemlərini öyrənən Avropa Tireoid Assosiasiyasının təşəbbüsü ilə təsis olunub. Ölkəmizdə Ümumdünya Qalxanabənzər Vəzi Günü 2013-cü ildən qeyd edilməyə başlanıb. Bu günün qeyd olunmasında məqsəd alimlərin, tibb işçilərinin, ictimaiyyətin diqqətini qalxanabənzər vəzin problemlərinə cəlb etməkdir.

Tibbi statistikaya əsasən, dünya əhalisinin üçdəbiri bu orqanın fəaliyyətinin pozulması nəticəsində əmələ gələn müxtəlif xəstəliklərdən əziyyət çəkir. Böyüklərin təxminən 30 faizinin boğaz nahiyələrində düyünlər müşahidə edilir. Yod çatışmazlığından əmələ gələn qalxanabənzər vəzinin böyüməsi isə insanların 10-30 faizində rast gəlinir.

Qeyd edək ki, qalxanabənzər vəzi boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Qalxanabənzər vəzi tireoid hormonları hasil edir və həmin hormonlar bütün orqanizmin fəaliyyətinə təsir göstərir – maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımını və orqanizmin inkişaf prosesini və sair tənzimləyir. Qalxanabənzər vəzi ümumi hormonal sistemin "dirijoru” adlandırırlar. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm da azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirib çıxarır. Qalxanabənzər vəzi xəstəlikləri əsasən orqanizmdə yod çatışmazlığı fonunda əmələ gəlir. Yod elementi insan orqanizminin fəaliyyəti üçün çox böyük əhəmiyyət daşıyır.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM