24 May 2020 19:28
718
DÜNYA
A- A+

Avropada ilk dəfə COVID-19 xəstəliyinə tutulmuş pasiyentə ağciyər köçürülüb

 
Avstriya həkimləri Avropada ilk dəfə COVID-19 xəstəliyinə tutulmuş pasiyentə ağciyər köçürüblər.

AZƏRTAC xəbər verir ki, Vyana Ümumi Xəstəxanasında aparılan transplantasiya əməliyyatı uğurla başa çatıb. Xəstəxanadan bildirilib ki, COVID-19 xəstəliyinə tutulmuş xəstənin müalicəsi heç bir nəticə vermədikdən sonra, həkimlər transplantasiya əməliyyatına qərar veriblər.

45 yaşlı xəstənin sağalması üçün bütün ümidlərini itirən həkimlər onun süni tənəffüs aparatının köməyi ilə cəmi bir neçə gün yaşaya biləcəyini düşünüblər. Xəstənin fiziki göstəricilərinə uyğun donor ağciyərlərinin gözlənilmədən xəstəxanaya qəbul edilməsindən sonra cərrah heyəti xəstənin ailə üzvlərinə son şans olaraq riskli əməliyyatı təklif ediblər.

Mayın 18-də baş tutan əməliyyatdan sonra xəstənin vəziyyəti artıq sabitləşib. Koronavirus infeksiyasına yoluxmazdan əvvəl heç bir xəstəlikdən əziyyət çəkməyən xəstənin tezliklə sağalacağına ümid edilir.

Qeyd edilməlidir ki, bu əməliyyat Vyana Ümumi Xəstəxanasının Ağciyər Transplantasiyası Mərkəzinin həyata keçirdiyi sayca iki mininci ağciyər köçürülməsi əməliyyatıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video