24 May 2020 13:03
578
CƏMİYYƏT
A- A+

Mayın 24-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub

Mayın 24-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış yağıb, güclü şimal-qərb küləyi əsib.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 5, Qusar, Kişçayda (Şəki) 2, Zaqatala, Quba, Mingəçevir, Xınalıq, Gədəbəy, Naftalan, Şəmkir, Daşkəsən, Şəki, Xaltan, Qırızda 1 millimetr olub.

Şimal-qərb küləyinin sürəti arabir Neftçalada 35, Naftalanda 32, Gəncədə 28, Tovuz, Ağstafa, Bərdə, Tərtərdə 25, Qazıməmməd, Yevlaxda 23, Ağdam, Xaçmazda 20, Şəmkirdə 19, Salyan, Zərdabda 18, Göyçay, Mingəçevir, Yardımlıda 16 metr/saniyəyə çatıb.

Abşeron yarımadası və Abşeron dəniz rayonuna gəlincə isə külək Sumqayıt, Maştağada saniyədə 38, Bakıda 35, Neft Daşlarında 29, Çilov adasında 27, Pirallahı, Qum adasında 25, Ələtdə 24, Binədə 23, Zabratda 20 metrə kimi güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6.6 metrə çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video