24 May 2020 13:01
677
CƏMİYYƏT
A- A+

Xalqımız müqəddəs Ramazan bayramını qeyd edir


Bu gün xalqımız müqəddəs Ramazan bayramını qeyd edir.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimi ilə aprelin 25-də başlayıb.

Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxarmalıdır. Qazılar Şurasının qənaətinə görə, bu günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Koronavirus pandemiyasına görə hazırda Azərbaycanda məscidlər bağlıdır və bayram namazı qılınmayacaq. İnsanlar ailəsi ilə birlikdə evdə bayram namazı qıla bilər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ramazan bayramı münasibətilə xalqı təbrik ediblər.

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ili təyin edilib. Bu müqəddəs ay insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir.

Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 gün davam edir. "Qurani-Kərim”də deyilir: "Yeyin, için, ta qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun”. Orucluq İslamdan da əvvəl mövcud olub. Hələ qədim ərəblər öz Allahları rizasına oruc tuturdular. Bu barədə "Qurani-Kərim”də deyilir: "Sizlərə oruc tutmaq buyurulduğu kimi, bizdən əvvəlkilərə də buyurulmuşdur”.

Oruc Ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu” da deyirlər. İslamda Ramazan ilin ayları arasında ən şəfqətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayın sultanı” da adlandırırlar. Ramazan gecələrindən birində müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim” nazil olub. Həmin gecə "Qədr” və ya "Əhya” gecəsi adlanır.

Tanrı bütün tutulan orucları, qılınan namazları qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video