Alternative content

10:20 01 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
03:04 01.06.2020 “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Vergi Məcəlləsində, Gömrük Məcəlləsində və Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 72-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 21 avqust tarixli 814 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə” 2019-cu il 25 dekabr tarixli 902 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
03:01 01.06.2020 “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 621 nömrəli və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 25 dekabr tarixli 206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
02:25 01.06.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
15:26 23.05.2020
Mayın 23-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi

2. "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi

3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov gündəlikdə duran birinci məsələ ilə bağlı deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 140-cı maddəsinin II hissəsinə və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə şəxsin namizədliyini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin olunması barədə təqdimatı Ali Məclisə daxil olmuşdur.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 32-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Baş nazirini vəzifəyə təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunmuş şəxsin - Səbuhi Hidayət oğlu Məmmədovun namizədliyini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edib.

Təklif səsə qoyulub və Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov yüksək etimada görə Azərbaycan Respublikasının Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edərək deyib: Ötən dövrdə muxtar respublika böyük inkişaf yolu keçib, blokada şəraitində olmasına baxmayaraq iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafına nail olunub, ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən il ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon 650 min manata çatdırılıb, 1 milyard 14 milyon 971 min manat dəyərində sənaye, 507 milyon 641 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub. Hazırda tikintisi davam etdirilən 2 yeni su elektrik stansiyası fəaliyyətə başladıqdan sonra muxtar respublika özünü 100 faiz alternativ və bərpaolunan enerji ilə təmin edəcəkdir. Ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 494 milyon 574 min Amerika Birləşmiş Ştatları dolları təşkil edib, ticarət əməliyyatlarının 86 faizi ixracın payına düşüb. Səhiyyə, təhsil, turizm, rabitə, mədəniyyət, milli və mənəvi dəyərlərimizin qorunması, əhalinin məşğulluğunun təmin olunması sahəsində də ardıcıl tədbirlər görülür. İqtisadiyyatın çoxsahəli inkişafı muxtar respublikada büdcə gəlirlərinə öz müsbət təsirini göstərib, 2020-ci il dövlət büdcəsinin gəlirləri 2019-cu illə müqayisədə 37 faiz, 2018-ci illə müqayisədə isə 56,5 faiz artırılıb. Səbuhi Məmmədov durğunluq və ətalət vəziyyətində olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin muxtar respublikanın inkişaf dinamikasına uyğun olaraq çevik və effektiv idarə olunan yuxarı icra orqanı kimi fəaliyyətini gücləndirəcəyinə və verilən tapşırıqları uğurla yerinə yetirəcəyinə söz verib.

Ali Məclisin Sədri yeni baş naziri təbrik edib, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş Fəaliyyət Proqramının icrasında uğurlar arzulayıb.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı qeyd olunub ki, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda 2020-ci il 13 mart tarixdə dəyişikliklər edilib. Dəyişikliklər Qanunun mətnində günlərlə müəyyən edilən müddət anlayışının, şikayətə baxılma müddətinin və müvəkkilin səlahiyyətlərinin daha da dəqiqləşdirilməsi məqsədi daşıyır.

Sessiyada müzakirə olunan məsələ ilə əlaqədar hazırlanmış qanun layihəsi oxunub və səsə qoyularaq qəbul edilib.

Ali Məclisin Sədri sessiyanın gündəliyində duran üçüncü məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi haqqında olduğunu bildirərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 31-1-ci maddəsinə əsasən İntizam Komissiyası yaradılmalıdır. İntizam Komissiyası Ali Məclisin deputatları sırasından 5 üzvdən ibarət tərkibdə seçilir.

Müzakirə olunan məsələ ilə bağlı qərar layihəsi oxunduqdan sonra səsə qoyulub və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyası seçilib.

Ali Məclisin Sədri sessiyaya yekun vuraraq deyib: Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin ötən dövründə həyata keçirilən tədbirlər, xüsusilə də insanların sağlamlığının, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər və iqtisadi sabitliyin qorunması ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Qarşıdakı dövrdə də Ümummilli Liderimizin yoluna sədaqət muxtar respublikada kompleks inkişafa səbəb olacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: "Liderin vəzifəsidir xalqı qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir... Biz də onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik”.

Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası öz işini başa çatdırıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM