23 May 2020 11:58
1983
İQTİSADİYYAT
A- A+

Paytaxtda "Kənddən şəhərə" Ramazan yarmarkaları açılıb


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibətilə paytaxtın 3 fərqli nöqtəsində "Kənddən şəhərə” Ramazan yarmarkası təşkil olunub.

Mayın 23-dən 24-dək keçirilən yarmarka Nərimanov, Yasamal və Binəqədi rayonlarını əhatə edir. "Kənddən şəhərə” layihəsi çərçivəsində təşkil olunan yarmarkalarda satılan məhsullar bütünlüklə yerli istehsaldır və iştirak etmək üçün əvvəlcədən müraciət edən fermerlər tərəfindən satışa çıxarılır.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 23-də metronun "Gənclik” stansiyasında açılmış yarmarkada KİV-lərə müsahibə verən "Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mais Musayev bildirib.

Cəmiyyətin nümayəndəsi qeyd edib ki, qarşıdan gələn Ramazan bayramı münasibətilə "Kənddən şəhərə” yarmarkası yenidən fəaliyyətə başlayıb. Belə ki, "Kənddən şəhərə” Ramazan yarmarkası Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi ("Space” TV-nin yanı), Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı) və Nərimanov rayonu, "Gənclik” metro stansiyasının yanında açılıb: "Yarmarkalarda, ümumilikdə, 100-dək fermer iştirak edir və 70-dək kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir. Yarmarkalarda fermerlər karantin rejiminə uyğun olaraq tibbi maska və əlcəklə təmin ediliblər. Bundan başqa, yarmarkaların girişində alıcı və satıcılara dezinfeksiya üçün məhlul qoyulub. Yarmarkanın keçirildiyi ərazilər də dezinfeksiya olunub”.

M.Musayev, həmçinin nəzərə çatdırıb ki, yarmarkaya çıxarılan məhsulların qiyməti digər topdansatış və pərakəndə satış məntəqələrdə olan qiymətlərlə müqayisədə kifayət qədər münasibdir. Bunun səbəblərindən biri də odur ki, bəzi hallarda fermerlərin məhsullarının Bakıya daşınmasında "Aqrar Tədarük və Təchizat” ASC ödənişsiz olaraq logistika xidməti göstərir.

Qeyd edək ki, yarmarkanın təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video