17:20 17 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ağsaqqallar Şurasının sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:58 23.05.2020

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

Təbrikdə qeyd olunur ki, Ramazan öz fəzilət və bərəkəti ilə bu baharda da könüllərin sultanı oldu. Müsəlman dünyasının ən böyük bayramı olan Ramazan bəşəriyyətin mövcud problemi olan koronavirus pandemiyası dövrünə təsadüf etdi. Dünya müsəlmanları arasında həmrəyliyin təcəssümü olaraq, öz gəlişi ilə qəlbləri rifahlandıran Ramazan insanları saflığa, şəfqət və mərhəmətə səsləyir.

"Mövcud durumla əlaqədar dövlətimiz əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Bizim də borcumuzdur ki, qoyulan qaydalara əməl edək. Koronavirus pandemiyası ilə əlaqədar bayram namazı və iftar süfrələri üçün insanların bir araya gəlməsi və kütləvi toplaşması indiki halda yolverilməzdir. Ona görə də biz virtual olaraq, məsafə gözləyərək bayramlaşırıq.

Əziz həmvətənlər!

Mən öz adımdan və rəhbəri olduğum Azərbaycan Ağsaqqalları Şurasının bütün üzvləri adından Sizi və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza sağlam həyat və bol ruzi arzulayıram! Bayramınız mübarək olsun!”, - deyə təbrikdə vurğulanır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM