16:22 17 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
00:31 17.01.2021

Zəfər salnaməsi


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

AGAT Dağlıq Qarabağda keçirilən qanunsuz “prezident seçkiləri” və “andiçmə” mərasimi ilə əlaqədar bəyanat yayıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:58 23.05.2020

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma prezident seçkiləri və təşkil edilən qondarma andiçmə mərasimi ilə əlaqədar bəyanat yayıb.

Təşkilatdan AZƏRTAC-a daxil olan bəyanatda deyilir: "AGAT Azərbaycanın işğaldakı Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz "prezident seçkilərini” və "andiçmə” mərasimini sərt şəkildə pisləyir. Separatçıların bu addımını beynəlxalq təxribat aktı kimi dəyərləndirir və hesab edirik ki, bu, Ermənistan Respublikasının ilhaq siyasətinin daha bir təzahürüdür.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də ona bitişik yeddi rayonu 1992-ci ildən indiyədək Ermənistan Respublikasının işğalı altındadır. İşğal nəticəsində yaradılan, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qanunsuz hesab edilən qondarma "Dağlıq Qarabağ Respublikası” beynəlxalq hüquq tərəfindən də tanınmır. Həmin bu qondarma qurum münaqişənin həlli ilə bağlı nəinki Azərbaycan hökuməti, həmçinin heç bir beynəlxalq təşkilatla əməkdaşlıq etmir və etmək niyyətində də deyil.

Dağlıq Qarabağın işğal olunmuş torpaqları və ona bitişik yeddi rayon beynəlxalq səviyyədə Azərbaycan Respublikasının ərazisi kimi tanınır: BMT-yə üzv olan bütün dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir. Bu, bir daha onu deməyə əsas verir ki, keçirilən prezident seçkiləri və təşkil edilən and içmə mərasimi beynəlxalq hüququn norma və prinsiplərinə, habelə Azərbaycan Respublikasının qanunlarına ziddir. Rəsmi Bakının razılığı olmadan Dağlıq Qarabağ ərazisində (və digər işğal olunmuş ərazilərdə) qəbul edilmiş hər hansı bir qərar qanuni hesab edilə bilməz.

Diqqətə çatdırmaq yerinə düşər ki, qondarma seçkilər Dağlıq Qarabağın yerli azərbaycanlı əhalisinin iştirakı olmadan keçirilmişdir. Söhbət Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlıdan gedir. Bu seçkilər və andiçmə mərasimləri təkcə beynəlxalq qanunu kobudcasına pozmaq deyil, eyni zamanda, qeyri-demokratik və məcburi köçkünlərin insan haqlarını pozmaq deməkdir.

Azərbaycan xalqının tarixi-mədəni irsində xüsusi əhəmiyyəti olan Şuşa şəhərində "andiçmə” adı altında təşkil edilən bu təxribatda Ermənistanın baş nazirinin iştirakı bir daha onun beynəlxalq hüquqa məhəl qoymadığını göstərir. Bütün bunları nəzərə alaraq beynəlxalq ictimaiyyət Ermənistana sanksiya tətbiq etməli, üzv olduğu beynəlxalq qurumlarda fəaliyyətinə yenidən nəzərdən keçirməlidir”.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM