Alternative content

01:32 28 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniya qondarma “Arsax Respublikası”nın AFR-dəki daimi nümayəndəliyinin” qeyri-qanuniliyini bəyan edib
Almaniya qondarma “Arsax Respublikası”nın AFR-dəki daimi nümayəndəliyinin” qeyri-qanuniliyini bəyan edib
ANA SƏHİFƏ / SİYASƏT
11:55 23.05.2020

Almaniya Federativ Respublikası qondarma "Arsax Respublikası”nı tanımır. Müvafiq olaraq, bu qondarma qurumun nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri mövcuddur, nə də qəbul edilmiş nümayəndəliyi.

AZƏRTAC xəbər verir ki, Almaniyanın Xarici İşlər Nazirliyi bunu Azərbaycan tərəfinin rəsmi sorğusuna cavabında bəyan edib.

"AFR Cinayət Məcəlləsinin 132-ci paraqrafına əsasən, xarici titullardan, yaxud da vəzifə və xidməti rütbələrdən, o cümlədən bu cür adlarla qarışdırıla bilən adlardan istifadə cinayət hesab edilir. Buraya, həmçinin o adlar da aid edilir ki, istifadə edən şəxs onların köməyi ilə mövcud olmayan ölkənin vəzifəli şəxsi görünüşünü yaradır”.

Beləliklə, rəsmi Berlin qondarma "Arsax Respublikası”nın AFR-dəki daimi nümayəndəliyi”nin qanunsuz fəaliyyəti barədə açıq-aşkar bəyan edib.

AFR-in bu bəyanatını sərbəst interpretasiya etmək cəhdlərinə yol verilməməsi məqsədilə bu ölkənin Xarici İşlər Nazirliyi bu dəfə artıq şəxsən Arutyun Qriqoryana – Almaniyada az qala "Arsaxın AFR-dəki səfiri” kimi təqdim olunan fırıldaqçıya aid aşağıdakı izahı əlavə edib.

Ölkənin xarici siyasət idarəsinin sənədində bildirilir: "Bununla bağlı AFR XİN cənab Qriqoryandan Dağlıq Qarabağın beynəlxalq-hüquqi subyektliyinin hər hansı görünüşünün və onunla bağlı diplomatik və konsulluq nümayəndəliyinin yaradılmasını dərhal dayandırmağı yazılı şəkildə tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə hüquqi tədbirlər görüləcəyi nəzərə çatdırılıb”.

Deyilənlərə nə isə əlavə etməyə ehtiyac yoxdur. Hər şey olduqca dəqiqdir!



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM