23 May 2020 00:48
953
CƏMİYYƏT
A- A+

Milli Məclisin deputatı Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib


98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin Sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Videoqəbulda millət vəkili seçicilərin xəstəliyə görə müavinətlərin təyin olunması, Şəmkirdə sosial evlərin tikilməsi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, yolların asfalt örtüyünün yenilənməsi, "Varlı həyat” kəndinin qazlaşdırılması, Çinarlı qəsəbəsi 1 saylı orta məktəbin binasının əsaslı təmiri və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Videoqəbulda seçicilər tərəfindən qaldırılan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün görüşdə iştirak edən icra hakimiyyəti nümayəndələrinə yönləndirilib. Bir sıra digər müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.

Görüşdə iştirak edən seçicilər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd edərək, Şəmkir rayonunda da sosial infrastruktur layihələrinin reallaşdırıldığını diqqətə çatdırıblar. Vurğulanıb ki, dövlət başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir, bununla bağlı mühüm tədbirlər həyata keçirilir. Həmçinin bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti vətəndaşlar tərəfindən təqdir olunur, yüksək qiymətləndirilir.

Videoqəbulda millət vəkili S.Qafarovanın seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olduğu, onun istər Milli Məclisin plenar iclaslarında çıxışları zamanı, istərsə də müvafiq dövlət qurumlarına müraciətlərində seçicilərin qaldırdıqları məsələlərin əks olunduğu vurğulanıb.

S.Qafarova videoqəbulda iştirak edən bütün seçiciləri ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyə, mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.

Millət vəkili qarşıdan gələn Ramazan bayramı və 28 May - Respublika Günü münasibətilə seçiciləri təbrik edib, videokonfrans vasitəsilə görüşlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video