Alternative content

10:38 23 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:14 23.09.2020 BİLDİRİŞ
01:14 23.09.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şərqin ilk demokratik respublikası
Şərqin ilk demokratik respublikası
ANA SƏHİFƏ / SİYASƏT
00:47 23.05.2020


Ümummilli Lider Heydər Əliyevin banisi olduğu, Prezident İlham Əliyevin tarixin ən qüdrətli dövrünü yaşatdığı müstəqil Azərbaycanın nailiyyətləri cümhuriyyətçilik prinsiplərinin təntənəsidir.

Azərbaycan xalqının taleyində və dövlətçilik tarixində ən əlamətdar günlərdən biri də 28 May - Respublika Günüdür. Müsəlman Şərqinin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür. Bu tarix hər bir azərbaycanlının milli qürur hissi duyduğu gündür. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gün kimi əbədiyaşarlıq qazanan 28 May xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşmuşdur. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə malik müstəqil bir respublikanın qurulduğu dünyaya bəyan edilmişdir. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının müstəmləkə əsarətindən azad olmuş, Şərqin ilk demokratik respublikasının təməlini qoymuşdur. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə idi.

Mayın 27-də isə Seymin müsəlman fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya müsəlman parlamentinin) üzvləri ayrıca iclaslarını keçirərək Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəlmişlər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan parlamenti elan etmişdi. Bununla ilk Azərbaycan parlamenti yaranmış, parlamentli respublikanın təməli qoyulmuşdur. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçilmişdir.

Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası olmuşdu. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət Seyidov, Nəriman Nərimanov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmişlər. Odur ki, bu görkəmli dövlət və ictimai xadimlərin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin, habelə onlarla bu yolda mübarizə aparan insanların adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur.

İstiqlal Bəyannaməsi Şərqdə ilk dəfə Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılmasından xəbər verirdi. Bununla əlaqədar mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radioteleqrafla məlumat çatdırıldı. Milli Şura Azərbaycan hökumətinin təşkilini F.Xoyskiyə həvalə etdi. Bu dövrdə yaranmış ictimai-siyasi gərginliyə görə Azərbaycan Milli Şurasının və hökumətin Gəncəyə köçməsi ilə əlaqədar müxtəlif fraksiyalar və partiyalar arasında ciddi mübarizə gedirdi.

1918-ci il dekabrın 28-də Azərbaycan hökuməti tərəfindən parlamentin ağsaqqallar şurası nümayəndələrinin iştirakı ilə Paris Sülh Konfransında iştirak etmək üçün Azərbaycan Cümhuriyyəti Parlamentinin sədri, cümhuriyyətin beynəlxalq aləmdə tanınmasında əvəzsiz xidmətləri olmuş Ə.M.Topçubaşovun sədrliyi ilə Fransaya nümayəndə heyəti göndərildi. Böyük əziyyətlərdən və erməni təbliğatı ilə uzunmüddətli mübarizədən sonra, nəhayət, həmin nümayəndə heyəti 1920-ci il yanvarın 12-də Sülh konfransındakı əsas ölkələr tərəfindən Azərbaycanın de-fakto tanınmasına nail oldu.

Azərbaycan Cümhuriyyəti Parlamenti Paris Sülh Konfransında missiyasını uğurla yerinə yetirdi. Azərbaycan nümayəndə heyətinin səyi ilə konfrans Qərbi Avropa ölkələrində (İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa) və ABŞ-da diplomatik nümayəndəliklər açmaq haqqında qanun qəbul etdi. Müzakirələr zamanı sosialistlər blokundan olan deputatlar Almaniya və Azərbaycan hökumətinin ciddi səylərinə baxmayaraq, onu de-fakto belə tanımayan sovet Rusiyasında da nümayəndəliklərin açılmasını təkid edərək buna nail oldular.

Təəssüf ki, 1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan xalqı müəyyən obyektiv və subyektiv səbəblərdən bu müstəqilliyi qoruyub saxlaya bilmədi: milli hökumət 1920-ci il aprelin 28-də xəyanətkar bolşevik-erməni silahlı birləşmələrinin əli ilə devrildi, ölkə XI qırmızı ordu tərəfindən işğala məruz qaldı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq şərəfli ömrünə son qoyuldu. Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.

Bundan sonra respublikamız uzun illər sovet imperiyasının tərkibində, onun qayda və qanunları, habelə ideoloji buxovları altında fəaliyyət göstərməyə məcbur oldu. Bəlkə dahilərin, bəlkə də siyasətçilərin sözüdür: tarix təkrar olunur. Şükür ki, Azərbaycan xalqı ötən əsrin 80-ci illərində bu təkrarın canlı iştirakçısı və şahidi oldu: 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını və müstəqilliyini tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. Nəhayət ki, 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizə didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları vuruldu. Lakin azadlıq aşiqlərinin fədakarlığı və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu.

1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Ulu Öndərin gərgin əməyi sayəsində idarəetmə və iqtisadi inkişaf dövrü başlandı.

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarix, bu illər ərzində xalqın həyatının bütün sahələrində baş verən dirçəliş müasir müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı müstəqil dövlət quruculuğunun bərpasına aparan yol öz başlanğıcını əslində 1969-cu ildən, dahi rəhbərin hakimiyyətə gəldiyi vaxtdan götürmüşdü.

Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Ulu Öndər müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi ölkəmizin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Çünki bununla dünya ictimaiyyəti görür və dərk edir ki, Azərbaycanın zəngin dövlətçilik tarixi və ənənələri var, müasir müstəqil Azərbaycan zəngin dövlətçilik ənənələri əsasında formalaşıb.

Dünya şöhrətli siyasətçinin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə respublikanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlanmışdı. Uzaqgörən liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin mayında həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Ölkə daxilində yaranmış nisbi sakitlikdən və beynəlxalq aləmdə Azərbaycana qarşı artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi” adlanan ilk neft müqaviləsinin imzalanması və gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü olmuşdur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ümummilli Lider yaratmışdır. Bütün həyatını öz xalqının inkişafına həsr edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf etməkdədir.

Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin sərəncamına əsasən hər il 28 May - Respublika Günü nəinki Azərbaycanda, hətta xarici ölkələrdə belə böyük təntənə ilə qeyd olunur. Dövlət başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, habelə Azərbaycan hökuməti və xalqı Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə daima böyük hörmətlə yanaşır. Prezidentin sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə əzəmətli abidə ucaldılıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi paytaxt Bakıdan tutmuş bütün bölgələrdə, ən ucqar kəndlərdə, eləcə də xarici ölkələrdə diaspor təşkilatları və səfirliklərimiz tərəfindən rəğbətlə qeyd edilib. Könülləri riqqətə gətirən bu may günündə qürur tariximiz olan 28 May - Respublika Günü ölkənin nazirlik və şirkətlərində, komitə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində böyük rəğbət və ehtiramla qeyd edilir.

Respublika Günün mübarək, Azərbaycan!

Rəhman SALMANLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM