Alternative content

08:53 15 Avqust 2020
ONLINE XƏBƏR LENTİ
00:14 15.08.2020 Azərbaycan Respublikası Prezidentinin “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 18 iyun tarixli832 nömrəli, “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2004-cü il 11 noyabr tarixli 517 nömrəli, “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” 2007-ci il 27 iyul tarixli 2288 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2012-ci il 2 iyul tarixli 2320 nömrəli və “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında” 2014-cü il 14 fevral tarixli 273 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
00:14 15.08.2020 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli 347 nömrəli, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli 569 nömrəli, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2015-ci il 26 yanvar tarixli 998 nömrəli, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 14 fevral tarixli 3672 nömrəli və “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 may tarixli 64 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
00:11 15.08.2020 BİLDİRİŞ
00:11 15.08.2020 BİLDİRİŞ
00:11 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
00:10 15.08.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət bu dəfə də vətəndaşını tək buraxmadı
Dövlət bu dəfə də vətəndaşını tək buraxmadı
ANA SƏHİFƏ / SİYASƏT
00:46 23.05.2020


Azərbaycanda aparılan sosial islahatların əsas məqsədi ölkənin hər bir vətəndaşına qayğı göstərməkdir. Odur ki, sosial müdafiə sahəsində daim qanunlar təkmilləşdirilir və bundan sosial qayğıya ehtiyacı olan insanlar getdikcə daha çox faydalanırlar.

Həmin istiqamətdə yeni uğurlar əldə etmək üçün pensiya və sosial müavinətlər artırılır, əlillərin reabilitasiyası üçün təsirli tədbirlər görülür, məcburi köçkünlər, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni yaşayış evləri tikilir.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır. Prezident tərəfindən keçən il iki mühüm sosial paketin qəbulu əhalinin sosial müdafiəsində xüsusi əhəmiyyət daşıdı. Həmin sənədlərin icrası ümumilikdə sosial müdafiəyə ehtiyacı olan insanların bütün təbəqələrini əhatə edir. Bu sənədlərin əhatə dairəsinə 4,2 milyon nəfər və ya ölkə əhalisinin 42 faizi daxildir. Bu iki sosial paketin qəbulu sahəsində həmin kateqoriyadan olan insanların əməkhaqqı, pensiya, sosial müavinət və təqaüdlərinin, həmçinin digər sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artdı. Bəzi sahələrdə bu artım iki dəfədən çox oldu.

Azərbaycan dövlətinin sosial sahədə apardığı siyasət davamlı xarakter daşıyır. Belə ki, cari ilin ilk dörd ayı ərzində əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ilin 1 yanvar tarixinə nisbətən 12 faiz və ya 31,74 manat artıb. Bununla yanaşı, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ pensiyaların orta aylıq məbləği 27,8 faiz çoxalıb.

Dövlət əhalinin məşğulluğunun artmasına da böyük önəm verir. Ona görə ki, sosial müdafiənin ən yaxşı yolu əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin olunmasıdır. Prezidentin birbaşa göstərişi ilə ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılır. Artıq DOST İş mərkəzləri vasitəsilə əlavə 23 min şəxs bu işlərə cəlb edilib. Hazırda 61 min nəfər əmək müqaviləsi ilə ödənişli ictimai iş yerlərində çalışır.

Məşğulluğun ən doğru yolu hər bir şəxsin və ya ailənin fərdi məşğulluq imkanının olmasıdır. Hazırda ölkə üzrə özünüməşğulluq proqramı çərçivəsində cari ildə minimum 12 min ailə üçün kiçik təsərrüfatların qurulması istiqamətində işlər görülür.

Dövlət əhalinin məşğulluğunu daha yaxşı təmin etmək üçün beynəlxalq təşkilatlarla da əməkdaşlıq yaradıb. Dünya Bankı ilə bu sahədə birgə layihələrin icrası ildə 5 min ailənin özünüməşğulluğunu təmin edəcək. Bununla yanaşı, Heydər Əliyev Fondu BMT-nin İnkişaf Proqramı ilə birgə işsiz, eləcə də əlilliyi olan şəxslərin kiçik biznesə çıxışına imkan yaratmaqla məşğulluğun təmin edilməsinə dəstək verir.

Dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca məqsədi qayğıya ehtiyacı olan hər bir vətəndaşın əhatə olunmasıdır. Ünvanlı dövlət sosial yardım proqramı da bu məqsədə xidmət edir. Hazırda ölkə üzrə 82 mindən çox ailənin 342 min üzvü ünvanlı dövlət sosial yardımı ilə əhatə olunub. Bu ailələrin hər birinə ayda orta hesabla 224 manat verilir.

Məlumdur ki, koronavirus pandemiyası özünü təkcə xəstəlik kimi göstərmədi, dünyanı ağuşuna alan bu bəla iqtisadiyyata, eləcə də əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyə başladı. Bir çox iş yerləri məcburən bağlandı və beləliklə, insanlar qazanc əldə edib ailələrini dolandırmaq imkanlarını itirdi.

Həmişə olduğu kimi, bu dəfə də dövlətimiz öz vətəndaşını tək buraxmadı. Pandemiya dövründə əhalinin sosial müdafiəsini qorumaq üçün təcili tədbirlər görməyə başladı. Prezident İlham Əliyevin 19 mart 2020-ci ildə imzaladığı sərəncamla əhalinin sosial məşğulluğuna və rifahına dəstəyin təmin olunması üçün çoxistiqamətli proqramlar müəyyən edildi. Bu tədbirlər planı üzrə ayrılan vəsait ilk dəfə 2,5 milyard manat idi. Sonradan dövlət başçısı hər bir ölkə vətəndaşının bu dəstəkdən istifadə etməsi üçün həmin məbləği artıraraq 3,5 milyard manata çatdırdı. Beləliklə, koronavirus pandemiyası ilə əlaqədar işsiz və işini itirən, qeyri-formal işləyən 600 min aztəminatlı vətəndaş müəyyən edildi. Aprel-may aylarında onlara birdəfəlik ödəmə verilməsi üçün 228 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 114 milyon manatı aprel ayında ölkə vətəndaşlarına ödənilib.

Koronavirus pandemiyası təkcə ölkəmiz üçün deyil, bütün dünya üçün əsl sınaq oldu. Bəzi dövlətlər bu çətin anda vətəndaşlarını taleyin ümidinə buraxdı. Halbuki onlar bizə insan haqlarından, insana sosial qayğıdan dərs keçmək istəyirdi. Ancaq Prezident İlham Əliyev bu bəlanın ölkəmizə keçdiyi ilk andan əhalinin sağlamlığının və rifah halının dövlət üçün hər şeydən üstün olduğunu bəyan etdi. Dövlət başçısı təkcə bəyanat verməklə kifayətlənmədi, gördüyü real işlərlə ölkə əhalisinin və beynəlxalq təşkilatların bir daha rəğbətini qazandı.

Rüstəm KAMAL,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM