Alternative content

14:43 26 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bölgələrdə yaşayan 4000-dən çox ailə “Azercell”dən dəstək aldı
Bölgələrdə yaşayan 4000-dən çox ailə “Azercell”dən dəstək aldı
ANA SƏHİFƏ / ELANLAR
00:44 23.05.2020


Şirkət korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müqəddəs Ramazan ayı boyu aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət sovqat çatdırıb


"Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həssas təbəqədən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində təşəbbüslərini əsirgəmir və aztəminatlı ailələrə dəstəyini davam etdirir.

Belə ki, şirkət karantin dövründə müqəddəs Ramazan ayının dördüncü həftəsində də bölgələrdə yaşayan 1000-dən çox xüsusi diqqət və qayğıya ehtiyacı olan ailəyə ərzaq yardımı göndərib. Bununla da, ümumilikdə Ramazan ayı boyu bölgələrdə sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan 4000-dən çox ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanıb. "Azercell”in bu xeyriyyə layihəsindən Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xızı, Naftalan, Xocalı, Zəngilan, Şuşa, Kəlbəcər sakinləri yararlanıblar.

Sovqatları Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ölkə boyu müxtəlif ünvanlara çatdırıb. Aztəminatlı ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunub.

Xatırladaq ki, Novruz bayramı münasibətilə və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində "Azercell Telekom” MMC həssas qrup kateqoriyadan olan insanlara qayğı və dəstək məqsədilə "Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə I qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 6000-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı paylamışdı.

Eyni zamanda, lider mobil operator tərəfindən həyata keçirilən aksiyaların davamı olaraq "Azercell” əməkdaşları da xeyirxah təşəbbüsə qoşularaq öz töhfələrini veriblər. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu bu müddət ərzində şirkət əməkdaşlarından ibarət "Azercell könüllüləri” dəstəyə ehtiyacı olan ailələri ziyarət edərək onları ərzaq məhsulları ilə təmin ediblər.

Qeyd edək ki, "Azercell Telekom” MMC COVID-19 pandemiyası dövründə bir çox sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM