Alternative content

17:20 26 Sentyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Liviyada silahlar niyə susmur
Liviyada silahlar niyə susmur
ANA SƏHİFƏ / DÜNYA
00:43 23.05.2020


Ölkədə vəziyyət qarşıdurmanın şiddətlənməsinə doğru gedir


Doqquz ildən çoxdur Liviyada başlamış silahlı qarşıdurma səngimək bilmir ki, bilmir. 2011-ci ildə eks-diktator Müəmmər Qəzzafi rejimi devrildikdən sonra elə bir təəssürat yaranırdı ki, istibdad üsul-idarəsindən bezmiş xalq bir araya gəlib gələcək taleyini müəyyənləşdirəcək.

Doğrudan da, 2014-cü ilin ortalarınadək hadisələr arzuolunan istiqamətdə cərəyan edirdi. Vətəndaş müharibəsi başlayar-başlamaz yeni dövlət təsisatlarının yaradılması işi start götürdü. Əvvəlcə müvəqqəti hakimiyyət orqanı - Milli Keçid Şurası (MKŞ) təşkil olundu. 2012-ci ilin iyulunda müəssislər assambleyasına - Ümumxalq Milli Konqresinə (ÜMK) seçkilər keçirildi. Növbəti ayda hakimiyyət MKŞ-dən ÜMK-ya verildi. 2014-cü ilin fevralında 60 nəfərdən ibarət Liviya Konstitusiya Assambleyası seçildi. Assambleya 120 gün ərzində ölkə konstitusiyasının layihəsini hazırlamalı idi. Əsas qanun idarəetmənin başlıca prinsiplərini, hakimiyyət orqanları sistemini, qəbilələrin statusunu, həmçinin şəriət qanunlarının cəmiyyətdə yerini müəyyənləşdirməli idi. Sonra sənəd referenduma çıxarılmalı idi.

Lakin 2014-cü ilin mayında istefada olan general Xəlifə Həftər tərəfdarları ilə birgə ölkənin ikinci böyük şəhərində - Benqazidə "Liviya milli ordusu” adlı qanunsuz təşkilat yaradaraq siyasi səhnəyə çıxdı və beləliklə, ölkədə hakimiyyət uğrunda silahlı mübarizə qızışdı. Həmin ilin avqustunda ÜMK hakimiyyəti xalq tərəfindən seçilmiş parlamentə - Liviya Nümayəndələr Palatasına təhvil verdi. Parlament az sonra paytaxt Trablisdən ölkənin şərqində yerləşən Tobruq şəhərinə köçdü. 170 deputatdan ibarət parlamentin üzvlərinin 70-i paytaxta qayıtmış, 12-si Türkiyəyə mühacirət etmişdi. Buna baxmayaraq, Nümayəndələr Palatası fəaliyyətini davam etdirdi və atdığı addımlarla mərkəzi hökumətlə qarşıdurma xətti götürdü. Liviya Konstitusiya Məhkəməsi parlamentin buraxılması barədə qərar qəbul etsə də, parlamentarlar bu qərara tabe olmadılar. İndi parlamentin səlahiyyət müddəti artıq bitmişdir.

Beləliklə, ölkədə ikihakimiyyətlilik bərqərar oldu: paytaxtda Nazirlər Kabineti və Tobruqda parlament. Səlahiyyəti olmayan parlament 2015-ci ilin fevralında Xəlifə Həftəri Liviya Silahlı Qüvvələrinin komandanı təyin etdi. Trablis hökuməti bu təyinatı ölkənin parçalanmasına aparan addım kimi qiymətləndirdi və Həftəri müharibə canisi elan etdi.

2015-ci ilin dekabrında münaqişə tərəfləri BMT Təhlükəsizlik Şurasının dəstəyi ilə Mərakeşin Sxeyrat şəhərində birlik hökumətinin yaradılması haqqında saziş imzaladılar. Sənədə uyğun olaraq, paytaxtda Faiz Sərracın başçılığı ilə milli barışıq hökuməti təşkil olundu. Nümayəndələr Palatası əvvəlcə legitim hökuməti dəstəkləyirdi, amma sonralar mövqeyini dəyişdirib mərkəzi hakimiyyət orqanları ilə qarşıdurmanı bərpa etdi.

Ötən ilin aprelində Həftər paytaxt istiqamətində hücuma başlamış və legitim hökumətin qoşunları üzərində müəyyən üstünlük əldə etmişdi. O vaxt qiyamçı general kifayət qədər güclü idi. Həftər Birləşmiş Ərəb Əmirlikləri, Misir, Rusiya və Fransa kimi ölkələrdən yetərli maliyyə və hərbi dəstək alırdı. Rusiyanın "Vaqnerin hərbi şirkəti”nin döyüşçüləri, Suriya, Sudan və Çaddan gətirilmiş muzdlular Həftərin tərəfində vuruşurdular. Döyüşlər Trablisin bilavasitə yaxınlığında gedirdi.

Bütün bu səbəblərdən atəşin dayandırılmasına nail olmaq, ölkənin qan gölünə çevrilməsinin qarşısını almaq üçün irəli sürülən təşəbbüslər nəticəsiz qalırdı. Cari ayın ilk aylarında əvvəlcə Moskvada, sonra isə Berlində aparılmış danışıqlar zamanı münaqişə tərəflərini ortaq məxrəcə gətirib atəşi dayandırmaq mümkün olmadı.

Keçən ilin axırlarında Türkiyənin Liviya legitim hökuməti ilə hərbi əməkdaşlıq haqqında saziş imzalaması Şimali Afrika ölkəsində hadisələrin gedişində dönüş mərhələsinin başlanğıcı oldu. Əldə edilmiş razılaşmalara uyğun olaraq, türkiyəli hərbi müşavirlər Liviya hökumət qoşunlarına təlim verməyə başladılar. Son iki ay ərzində Türkiyə-Liviya hərbi əməkdaşlığı səmərəsini verdi. Legitim hökumətin qoşunları qiyamçıların mövqelərinə bir-birinin ardınca sarsıdıcı zərbələr endirib onları geri çəkilməyə məcbur etdi. Trablisə hücum üçün tramplin kimi istifadə edilən "Vətiyyə” aviabazası qanuni hökumətin əlinə keçdi. Üstəlik, qiyamçıların hava hücumundan müdafiə sistemləri məhv edildi. Türkiyə istehsalı olan pilotsuz təyyarələr yüksək döyüş qabiliyyətini nümayiş etdirdi.

Qüvvələr nisbətində aşkar dəyişikliyi görən qiyamçı general və onun xarici havadarları sülh göyərçini donu geyib atəşi dayandırmaq təşəbbüsü irəli sürdülər. Bu dəfə milli barışıq hökuməti atəşi dayandırmaqdan imtina etdi, çünki əks tərəfin niyyəti gizli deyildi: qanunsuz silahlı birləşmələr bu yolla nəfəs alıb qüvvələrini yenidən qruplaşdırmaq üçün vaxt qazanmaq istəyirdi.

Görünən odur ki, Liviyada yaranmış gərgin vəziyyətdən çıxış yolu tapmaq indiki mərhələdə son dərəcə çətindir. Münaqişə tərəflərindən hansısa birinin mütləq üstünlük əldə edib məsələni hərbi yolla həll edəcəyini gözləmək lazım gəlmir. Qiyamçılar və onların müttəfiqləri nə az-nə çox - Türkiyənin Liviyadan çıxmasına nail olmaq istəyirlər. Amma çətin ki, nə Trablis, nə də Ankara ağ bayraq qaldırsın. Başqa sözlə, Liviyada yoğrulan xəmir hələ çox su aparacaq.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM