Alternative content

18:50 13 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə növbəti ərzaq payı verilmişdir
Ramazan bayramı ərəfəsində aztəminatlı ailələrə növbəti ərzaq payı verilmişdir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:42 23.05.2020


Astara Rayon İcra Hakimiyyəti tərəfindən koronavirusla mübarizə tədbirləri çərçivəsində Ramazan bayramı ərəfəsində növbəti dəfə aztəminatlı ailələrə ərzaq yardımı göstərmişdir.

Yardımlar karantin dövründə maddi vəziyyəti çətinləşmiş daha 1000 aztəminatlı ailəyə evlərində çatdırılmışdır. Mövcud vəziyyət mütəmadi olaraq öyrənilir, qarşıya çıxan problemlərin həlli istiqamətində əməli tədbirlər görülür və aztəminatlı ailələrin zəruri ehtiyaclarının ödənilməsi davam etdirilir.

Ölkədə karantin rejiminin yumşaldılmasına baxmayaraq, vətəndaşlarla Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etmələri barədə təbliğat işləri aparılır.

Rayon rəhbərliyinin tapşırığı ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcəyi zərərin qarşısının alınmasından ötrü mütəmadi olaraq şəhərdə əhalinin yaxın təmasda olduğu yerlərdə əhali maarifləndirilir, onlara tibbi maskalar paylanılır. Rayon ərazisində dezinfeksiya işlərinin aparılması da daim diqqətdə saxlanılır.

Safail MƏMMƏDOV,

Astara rayonu




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM