23 May 2020 00:40
1340
CƏMİYYƏT
A- A+

Cəlilabad rayonunun ən ucqar 7 kəndində elektrik enerji sistemi tamamilə yenidən qurulur


"Azərişıq” ASC tərəfindən "Yeni kəndlər layihəsi” çərçivəsində Cəlilabad rayonunun 7 yaşayış məntəqəsi və bir sərhəd zastavası- ümumilikdə 670 abonentin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması işlərinə başlanılıb.

Rayon mərkəzindən 50 km uzaqlıqda yerləşən Boyxanlı kəndində işlərə artıq start verilib. İlk dəfə 1963-cü ildə enerji təchizatı ilə təmin olunan kənddə elektrik enerjisi təsərrüfatında sonuncu dəfə 1980-ci ildə cari təmir işləri aparılıb. 40 il sonra "Azərişıq” ASC kənddə elektrik enerji sistemini tamamilə yenidən qurur. Yararsız elektrik naqilləri, dayaqlar, sayğaclar və transfarmator məntəqələri tamamilə yenilənəcək. Mərhələli şəkildə yenilənmə prossesi 7 kənddə icra olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video