23 May 2020 00:39
1025
Mədəniyyət
A- A+

Karvan gedir


Bir karvan

Dünyanın o biri başından

Sonu görünməyən

Bu biri başına

Öz ləngəri, öz ahəngi,

Neçə-neçə qəhrəmanı,

sərkərdəsi, dahisiylə

Cavanşiri, Babəkiylə,

Nizamisi, Füzulisi,

Xətaisi, Heydəriylə.

Bundan belə sadalasaq

Sayagəlməz ərləriylə,

mərdləriylə.

Hey yol gəlir.

Üzü nurlu sabahlara

gedə-gedə

Cığır açır,

Günəş kimi şəfəq saçır.

Öz yolunu - düz yolunu

seçib gedir,

Keçib gedir

Bu karvan.

Onun yükü insanlıqdır,

Ədalətdir, həqiqətdir,

mərhəmətdir, cəsarətdir.

Sənə, mənə, o birinə

Bəslədiyi bir hörmətdir,

məhəbbətdir,

Vətən adlı bir qeyrətdir.

Fəqət, fəqət zaman-zaman

Gah bu yandan,

Gah o yandan,

Gah yaxından,

Gah uzaqdan,

qonşuluqdan

Bu dünyanın gəlişini,

gedişini,gərdişini

Baxar kortək görməyənlər,

Bilməyənlər -

Bu karvanın arxasınca

Kölgə kimi sürünənlər

Hey hürürlər.

Hürə-hürə

Günlərini keçirirlər.

Qoy hürsünlər,

Onların da peşələri,

Adətləri bu hürməkdir.

Buna görə ondan-bundan aldıqları

Qrantlardır, yağlı-yağlı

əppəklərdir,

dürməklərdir.

Bu məqamda, bu arada

Ataların: "Hürən hürər,

Karvan keçər”, -

Bir məsəli düşür yada.

Ey insanlar,

Biliniz ki, yaxşı-pisdən

Əməl qalır,

Həm ad qalır bu dünyada.

Seyran CAVADOV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video