04:12 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
03:29 20.01.2021

11 qələbə müjdəsi


03:13 20.01.2021

Tələbə şəhid


02:52 20.01.2021

Şərəfli ömür yolu


02:45 20.01.2021

Qafqazın incisi


02:35 20.01.2021

Bakı qara hazırdırmı?


02:33 20.01.2021

BİLDİRİŞ


02:30 20.01.2021

BİLDİRİŞ


02:30 20.01.2021

BİLDİRİŞ


02:30 20.01.2021

BİLDİRİŞ


02:30 20.01.2021

BİLDİRİŞ


02:29 20.01.2021

BİLDİRİŞ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezidentin köməkçisi Hikmət Hacıyev “RİA Novosti”də təhrif olunmuş və qərəzli xəbər yayılmasına münasibət bildirib
ANA SƏHİFƏ / SİYASƏT
21:42 22.05.2020

2020-ci il mayın 21-də Rusiya Federasiyasının dövlət informasiya agentliyi olan "RİA Novosti”də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazisində yaradılmış qeyri-qanuni rejimin qondarma "prezidenti”nin "andiçmə” mərasiminə dair təhrif olunmuş və qərəzli xəbər yayılıb. "RİA Novosti” tərəfindən qondarma seçkilər və "andiçmə” mərasimi haqqında Azərbaycan Respublikasının rəsmi dövlət qurumlarının açıqlamaları, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatları verilmədiyi halda qanunsuz rejimə aid xəbərlər geniş yayılır.

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "RİA Novosti” agentliyində "Президент непризнанной Нагорно-Карабахской республики вступил в должность” başlığı altında verilmiş xəbərlə bağlı AZƏRTAC-a şərhində bildirib.

Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunub. Etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən kriminal rejim yaradılıb.

Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü bütün dünya ölkələri, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınır. Bu mövqe BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də təsbit olunub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 2020-ci ilin 31 mart və 14 aprel tarixlərində qeyri-qanuni olaraq təşkil edilmiş qondarma "prezident seçkiləri” beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya daxil olmaqla ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Türk Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb, rədd edilib və onun "nəticələri” heç bir hüquqi qüvvəyə malik deyil.

Prezidentin köməkçisi deyib: "RİA Novosti”yə bildirmək istərdik ki, mətndə istifadə olunan "Dağlıq Qarabağ Respublikası” və ya "Dağlıq Qarabağ Respublikası”nın "mərkəzi seçki komissiyası”, "prezidenti” kimi ifadələr yanlışdır, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qanunsuz rejimi təşviq etmək cəhdlərindən başqa bir şey deyildir. Bu xəbərdə işğal altında olan tarixi Azərbaycan şəhəri Şuşanın adı təhrif olunaraq "Şuşi” kimi verilib. Şuşa şəhəri 1992-ci ildə işğal edilib.

"Birinci hal deyil ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın rəsmi mövqeyinə zidd olaraq dövlət informasiya agentliyi olan "RİA Novosti” tərəfindən belə qərəzli redaksiya siyasəti yürüdülür. Bu qəbildən olan qərəzli xəbərlərin yayılması Azərbaycan və Rusiya arasında olan strateji tərəfdaşlıq və dostluq əlaqələrinin ruhuna ziddir, Azərbaycan xalqının, xüsusilə məcburi köçkünlərin həssas hisslərinə toxunur.

Dezinformasiya və saxta xəbərlərin geniş yayıldığı müasir dövrdə "RİA Novosti”ni xəbərdə düzəliş etməyə çağırırıq. Eyni zamanda, ümidvar olmaq istərdik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar gələcək xəbərlərin verilməsində "RİA Novosti” siyasi-hüquqi və terminoloji baxımdan düzgünlüyü, obyektiv faktları və qərəzsizliyi əsas tutacaq”.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM