22 May 2020 19:00
1865
İQTİSADİYYAT
A- A+

Neft nəhənglərinin birinci rübdəki itkisi 20 milyard dolları keçib


Dünyanın 12 ən böyük neft şirkəti cari ilin ilk rübündə qiymətlərin aşağı olması səbəbindən 20,6 milyard dollar itirib.

AZƏRTAC xəbər verir ki, COVID-19 səbəbindən dünyada nəqliyyat sektoru tamamilə fəaliyyətini dayandırması nəticəsində yanvar-mart aylarında neft istehlakı sürətlə azalıb. Qlobal miqyasda neftə olan tələbatın aşağı olması neftin qiymətinin ötən ay 1999-cu ildən bəri ən aşağı səviyyəyə enməsinə səbəb olub.

Dünyada ən çox istifadə edilən "Brent” markalı neftin bir barrelinin qiyməti ötən ilin birinci rübündə orta hesabla 63,1 dollar olsa da, bu ilin eyni dövründə 20,7 faiz azalaraq 50 dollar səviyyəsinə enib. Bu, neft nəhənglərinin gəlirlərinə mənfi təsir göstərib.

ABŞ-ın "ExxonMobil”, "Chevron”, "ConocoPhillips”, "Halliburton”, "Schlumberger”, "Baker Hughes”, eləcə də Niderlandın "Royal Dutch Shell”, Britaniyanın BP, Fransanın "Total”, İtaliyanın "Eni”, Rusiyanın "Rosneft” və Norveçin "Equinor” şirkətləri ilin ilk rübündə 20,6 milyard dollar zərər edib. Bu şirkətlər ötən ilin birinci rübündə ümumilikdə 23,4 milyard dollar xalis mənfəət əldə etmişdilər. Həmin şirkətlərin ümumi gəliri hesabat dövründə 53,5 milyard dollar (17 faiz) azalaraq 262 milyard dollara düşüb. Ötən ilin yanvar-mart aylarında şirkətlər ümumilikdə 315,5 milyard dollar gəlir əldə etmişdilər.

Neft nəhəngləri arasında ən çox zərər görən şirkət 10,2 milyard dollarla "Baker Hughes” olub. Bu şirkəti 7,37 milyard dollar itki ilə "Schlumberger” və 3,17 milyard dollar zərərlə "Eni” izləyib. "Chevron” 3,6 milyard dollar, "Total” 1,78 milyard dollar və BP isə 800 milyon dollar xalis mənfəət edən şirkətlər olub.

"Royal Dutch Shell” isə bu dövrdə gəliri ən çox azalan şirkət olub. Yanvar-mart aylarında şirkət 60 milyard dollar gəlir əldə edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 23,7 milyard azdır. "Shell”, eyni zamanda, 12 neft şirkəti arasında 28,3 faiz olmaqla illik gəliri ən çox azalan şirkətdir. Gəliri ən çox azalan digər şirkətlər 7,46 milyard dollarla "ExxonMobil” və 6,54 milyard dollar ilə "Total”dır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video