Alternative content

18:09 04 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kaliforniyanın Torrens şəhəri mayın 28-ni Azərbaycan Milli Günü elan edib
Kaliforniyanın Torrens şəhəri mayın 28-ni Azərbaycan Milli Günü elan edib
ANA SƏHİFƏ / SİYASƏT
11:05 22.05.2020

ABŞ-ın Kaliforniya ştatının Torrens (Torrance) şəhəri mayın 28-ni "Azərbaycan Milli Günü” elan edib. Bununla bağlı şəhər meri Patrick J. Furey tərəfindən müvafiq bəyannamə imzalanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan xəbər verilib.

Bildirilib ki, ölkəmizin Los-Ancelesdəki baş konsulluğuna göndərilmiş bəyannamədə Azərbaycan xalqının 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi və demokratik parlamentli respublika yaratdığı, həmin cümhuriyyətin ABŞ da daxil olmaqla, digər demokratik dövlətlər tərəfindən tanındığı vurğulanır.

Sənəddə Azərbaycanın irqindən, cinsindən, milliyətindən və dinindən asılı olmayaraq hər kəsə səsvermə hüququ verdiyi, bununla da müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk ölkə olduğu qeyd edilir.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə, həmçinin ABŞ daxil olmaqla, bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 may tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərq regionlarında demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı bildirilir.

Sonda mayın 28-i Torrens şəhərində "Azərbaycan Milli Günü” elan edilir və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət olunur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM