Alternative content

17:03 04 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Humanizm və yardımsevərliyin İlham Əliyev örnəyi
Humanizm və yardımsevərliyin İlham Əliyev örnəyi
ANA SƏHİFƏ / SİYASƏT
00:35 22.05.2020


Azərbaycan pandemiya dövründə nəinki özünü təmin edən, eləcə də 13 dövlətə və beynəlxalq təşkilata yardım göstərən ölkə kimi nüfuzunu yüksəldir


Bəşəriyyəti çənginə alan qlobal böhran yəqin ki, bir müddətdən sonra virus əleyhinə vaksinin tapılması ilə aradan qalxacaq. Ancaq pandemiyanın iqtisadi fəsadlarını, ümumdünya maliyyə böhranının təsirlərini tezliklə aradan qaldırmaq mümkün olmayacaq.
Ümumiyyətlə, qlobal pandemiyanın dünya iqtisadiyyatına təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi təhlilçilər dünya iqtisadiyyatının 2020-ci ildə 28-30 faiz kiçiləcəyini, bəziləri isə 2020-ci ilin dünya iqtisadiyyatı üçün "itirilmiş il” olacağını söyləyirlər.


Pandemiya dövründə də makroiqtisadi sabitliyi qoruyan ölkə


Həqiqətən də, bu bir faktdır ki, pandemiya iqtisadiyyat üçün çox təhlükəlidir. Çünki bütün dövlətlər gözlənilmədən yaranan qlobal böhrana qarşı mübarizə aparmaq üçün kifayət qədər maliyyə vəsaiti sərf edərək müxtəlif layihələr həyata keçirmək məcburiyyətində qalırlar. Bu da gələcəkdə ölkə iqtisadiyyatına təbii ki, ağır təsir göstərməlidir.
Lakin vaxtında görülən tədbirlər onun miqyasını azaldaraq iqtisadi böhranın nəticələrini yumşalda bilir. Yəni qlobal böhrana qarşı qabaqlayıcı tədbir görən dövlətlər makroiqtisadi sabitliyi qoruya bilirlər. Bu gün dünyanın bəzi dövlətlərində də bu hal müşahidə olunmaqdadır. Hansı dövlətlər ki, koronavirusla mübarizədə vaxtında karantin rejimini tətbiq edərək mühüm tədbirlər həyata keçiriblər, onlarda qlobal böhran ölkənin iqtisadiyyatına ciddi təsir göstərməyib. Hətta bəzi ölkələr nəinki daxili vəziyyəti nəzarətdə saxlayır, hətta pandemiya ilə mübarizədə beynəlxalq təşkilatlara, dövlətlərə müxtəlif formada yardımlar da göstərirlər. Sevindirici haldır ki, sayı az olan bu ölkələr sırasında Azərbaycan Respublikası da var. Bunu sübuta yetirən kifayət qədər fakt mövcuddur. Həm ölkədəki makroiqtisadi durum, həm də Azərbaycanın başqa ölkələrə, təşkilatlara etdiyi yardımlar bunu təsdiq edən reallıqdır.
Öncə ölkədəki duruma nəzər yetirək. Prezident İlham Əliyevin pandemiya dövründə qəbul etdiyi qərarlar, təqdim etdiyi sosial-iqtisadi paket karantin rejimində ölkə ictimaiyyətinin sosial-rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Dövlət işləməyən vətəndaşın maaşını ödəyir, ünvanlı sosial yardımlar verir, aztəminatlı ailələrə (2 ay) 190 manat həcmində maliyyə yardımı göstərir. Sahibkarlıq subyektlərinə dəyən zərərin ödənilməsi, iş adamlarına böyük güzəştlərin edilməsi, bu sahədə muzdla işləyənlərin əməkhaqqının ödənilməsi ilə bağlı hazırlanan dövlət dəstəyi proqramları icra olunmaqdadır.
Bundan başqa, Prezident İlham Əliyevin təkcə pandemiya dövründə açılışını etdiyi zavod və fabriklər, xəstəxanalar, ictimai-iaşə obyektləri, yenidən qurulan yol-nəqliyyat infrastrukturu da təsdiq edir ki, ilin əvvəlində qəbul edilən layihələr də icra olunmaqdadır.
Əlbəttə ki, bu, dövlətin iqtisadi qüdrətinin göstəricisidir. Əgər pandemiya ilə mübarizədə dövlətin iqtisadi sıxıntısı olsaydı, təbii ki, nəzərdə tutulan bir çox layihələrin icrası dayandırılar, təxirə salınardı. Ölkəmizdə belə olmadı. Bütün bunları şərtləndirən isə cənab İlham Əliyevin iqtisadi islahatlarının uğurlu nəticələridir.


Pandemiya ilə mübarizə - qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır


Bu gün dünya miqyasında çox böyük hörmətə və yüksək imicə malik olan Azərbaycan dövlətinin pandemiya ilə mübarizədəki missiyası bununla bitmir. Dünyada humanist, insansevər siyasəti ilə tanınan cənab İlham Əliyevin qəbul etdiyi qərarlara əsasən Azərbaycan pandemiya ilə mübarizədə beynəlxalq təşkilatlara, müxtəlif ölkələrə də köməyini əsirgəmir və bu sahədə öz təcrübəsini də bölüşür.
Yeni istifadəyə verilən DOST mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə toxunan dövlət başçısı vurğulayıb ki, Azərbaycanın bir sıra xarici ölkələrə yardım etməsi yürütdüyü siyasətin tərkib hissəsidir. Çünki xarici siyasətə gəldikdə, Azərbaycan daim əməkdaşlığa üstünlük verib və bunun faydasını görüb. Məhz Azərbaycanın bir neçə önəmli transmilli layihəsi bu prinsip əsasında qurulub və uğur da bu prinsip əsasında əldə edilir. Prezident bildirib ki, ona görə xarici siyasətdə qarşılıqlı dəstək sözdə yox, əməldə olmalıdır, həmrəylik əməldə olmalıdır.
Hazırda Azərbaycanın iki təşkilata - Qoşulmama Hərəkatı və Türk Şurasına sədrlik etdiyini söyləyən cənab İlham Əliyev qeyd edib ki, pandemiya dövründə ölkəmiz hər iki təşkilatın Zirvə görüşünü yüksək səviyyədə keçirib və yekun bəyannamələrdə Azərbaycanın xüsusi rolu qeyd olunub.
Cənab İlham Əliyev hesab edir ki, çətin gündə kimin imkanı varsa, imkanı olmayana kömək etməlidir, həyatda da, siyasətdə də. Bu da Azərbaycanın adət-ənənələrinə uyğundur.
Yardımlara gəldikdə isə, Prezident bugünə qədər Azərbaycanın 3 böyük təşkilata, 13 dövlətə yardım etdiyini vurğulayıb: "Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir”.
Məhz bu faktları əldə əsas tutan Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın bu sahədə gördüyü işləri yüksək qiymətləndirir və respublikamızı nümunəvi ölkə adlandırır. Bu da, əlbəttə ki, cənab İlham Əliyevin humanist siyasətinə verilən böyük qiymətdir və bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan dövləti pandemiya dövründə də ilk növbədə xalqın sosial təminatı ilə bağlı dünya ölkələrinin çox azında rast gəlinən kompleks tədbirlər həyata keçirir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM