Ramazan bayramı gəlir
İslam dünyası əziz bayramı - Ramazan bayramı ərəfəsindədir. Hicri-qəməri təqvimlə şəvval ayının 1-də başlayan və bir neçə gün davam edən bu bayram mübarək orucluq ayının qurtarması ilə əlamətdardır. Ramazan bayramı Allah-təalanın mömin bəndələrinə bir ay boyunca tutduqları oruc müqabilində verdiyi mükafatdır. Təsadüfi deyil ki, bu bayrama ərəbcə "İd əl-fitr” ("İftar bayramı”) deyilir. Yəni bayram günündə müsəlman Ramazan ayında oruc ibadətini başa çatdırdıqdan sonra iftarını açıb normal həyata qayıdır.
Ramazan bayramında oruc tutmaq haramdır. Müsəlmanlar bayram günü yuyunub təmizlənir, təzə və ya təmiz paltar geyirlər. Hamı bir-birini bayram münasibətilə təbrik edir, bir-biri üçün Allaha dua edir. Hədisi-şərifə görə, bayram gecəsi və bayram günü Allaha edilən dualar qəbul olunandır.
Hər bir müsəlman üçün bir ay oruc tutmaq fərz olduğu kimi, Ramazan bayramında fitrə zəkatı vermək də vacibdir. Hədisi-şərifdə deyilir ki, Allah bəndəsindən tələb olunan fitrə verilməyənədək Ramazan ayında tutulmuş oruc yerlə göy arasında asılı qalır.
Müsəlman fitrəni nemətlər bəxş edən Allaha şükür etmək, bayram günü kasıbları sevindirmək, oruc vaxtı buraxdığı səhvlərdən təmizlənmək üçün verir. Fitrəni yalnız imkanlı şəxslər çıxarmalıdırlar. Ailə sahibi ailənin hər bir üzvünün adından fitrə verməlidir.
Vaxtilə fitrə buğda, arpa, xurma, düyü, kişmiş və s. ərzaq məhsullarından adambaşına təxminən 3 kiloqram həcmində ödənilirdi. Zaman keçdikcə, kasıblara və ehtiyacı olanlara münasibətdə göstərilən bu xeyirxahlıq başqa formalar da almışdır. İndi fitrəni pul şəklində də verirlər. Əslində bu, daha münasibdir. Belə ki, fitrəni pul kimi qəbul edən şəxs onu öz ehtiyaclarına uyğun şəkildə xərcləmək imkanı əldə edir. Özü də fitrə yalnız halal maldan verilməlidir.
Fitrə bayram namazı başlamazdan qabaq çıxarılmalıdır. Əks təqdirdə bu, fitrə hesab olunmur, adi sədəqə sayılır. Çıxarılan fitrə ilk növbədə ehtiyacı olan qohumlara, qonşulara, tanışlara, eləcə də digər insanlara verilir. Fitrə bir kasıbın azı birgünlük qida ehtiyacını ödəməlidir. İmkanlı müsəlmanlar daha çox fitrə çıxarıb savab qazanırlar. Özü də bir şəxsin fitrəsi bir kasıba da verilə, bir neçə kasıb arasında da bölünə bilər.
Ramazan bayramının fəzilətləri təkcə fitrə çıxarmaqla məhdudlaşmır. Bayram günlərində müsəlman ailələrində şənlik əhvali-ruhiyyəsi hökm sürür. Uşaqlara hədiyyə verilir, qonşular, dostlar bir-birinə qonaq gedir, bayram sovqatı aparırlar. İncikliklər aradan qalxır, küsülülər barışırlar.
Ramazan bayramı həm də müsəlmanların həmrəyliyini, birliyini, onların arasında qarşılıqlı anlaşmanı möhkəmlətmək üçün fürsətdir. Bayramın davam etdiyi günlərdə insanlar bir-birinə qəlbən daha yaxın olur, bayram sevincini bölüşürlər.
Bütün müsəlman dünyasında olduğu kimi, ölkəmizdə də Ramazan bayramı yüksək səviyyədə qeyd edilir. İnsanları şənlik, fərəh duyğuları bürüyür. Milli müstəqilliyin bərpasından sonra ölkəmizdə dövlət-din münasibətləri nizama salınmış, etiqad azadlığı təmin edilmişdir. Mənfur sovet rejiminin möminlərə dözümsüz münasibətini, cəmiyyətə aşıladığı mənəviyyatsızlığı müasir tələblərə cavab verən dövlət siyasəti əvəz etmişdir. Bu siyasətin əsas istiqamətlərindən biri yeni məscidlərin inşası, mövcud məscidlərin təmir və bərpa olunub möminlərin ixtiyarına verilməsidir.
Digər tərəfdən, islam dünyasında birliyin və həmrəyliyin möhkəmləndirilməsi dövlət siyasətinin üstün istiqamətlərindəndir. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ICESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü olaraq müsəlman aləmi ilə qarşılıqlı faydalı əlaqələr yaratmış, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı olmuşdur. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfə vermişdir. Dövlətimizin müsəlman dünyasında qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. 2017-ci ildə möhtəşəm idman tədbirinin - IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsi isə ölkəmizin islam həmrəyliyinin möhkəmləndirilməsi naminə növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratmışdır.
Ramazan bayramı qeyd olunarkən şəriət qaydaları hər bir müsəlman xalqının milli adət-ənənələri ilə çulğalaşır. Bu, ölkəmizdə də belədir. Bayram ərəfəsində müsəlman vətəndaşlarımız qəbiristanlıqları ziyarət edib dünyadan köçmüş əzizlərini anır, torpaqlarımızın müdafiəsinə qalxıb şəhid olmuş vətən övladlarını yad edir, onların ruhuna Quran ayələri oxutdururlar.
Ramazan ayında tutduğunuz oruc, etdiyiniz dualar qəbul olunsun! Bayramınız mübarək olsun! Allah çıxardığınız fitrənin əvəzini versin!
Allahverdi MEHDİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Danışıqlar dalana dirənib" - Hakan Fidandan AÇIQLAMA
19 Mart
Demokrat Partiyası İsrailə nifrət edir - Tramp
19 Mart
Türkiyə insansız sualtı qayıqlar hazırlayacaq
19 Mart
Qlobal qeyri-sabitlik fonunda ölkəmizdəki təhlükəsiz mühit Azərbaycanı beynəlxalq tədbirlər üçün ide...
19 Mart
Azərbaycan ilə Çin arasındakı qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlərə malikdir...
19 Mart
Laçında “Can Laçın” Novruz yarmarkası keçirilir
19 Mart
Allahşükür Paşazadə Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
19 Mart
Milli Məclisin yaz sessiyasında növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
19 Mart
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
19 Mart
Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!