Alternative content

17:47 04 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan koronavirusun səbəb olacağı mümkün faciələrdən sığortalanıb
Azərbaycan koronavirusun səbəb olacağı mümkün faciələrdən sığortalanıb
ANA SƏHİFƏ / SİYASƏT
00:31 22.05.2020


Prezident İlham Əliyevin rəhbərliyi altında böhrana qarşı həyata keçirilən sosial-iqtisadi model özünü doğrultdu


Koronavirus pandemiyası (COVID-19) dünyanı alt-üst etməkdə davam edir. Gün keçdikcə, yoluxma və ölüm sayını artırmaqla vahiməsini sürdürür. Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, son sutka ərzində dünyada rekord sayda -106 min yoluxma qeydə alınıb.
Qlobal pandemiya təkcə insanları sağlıqları ilə təhdid etmir, bütün yaşam sahələrinə zərbə vurur, ölkələri maddi sıxıntı ilə üz-üzə qoyur. İndiyə qədər COVID-19 pandemiyası dünyaya 9 trilyon dollar həcmində ziyan vurub.
Nə yazıq ki, bu bəlanın Yer üzündə nə qədər sürəcəyi, ümumiyyətlə, nəfəsinin kəsilib-kəsilməyəcəyi ilə bağlı heç bir dəqiq cavab yoxdur. Xəstəliyə qarşı vaksinin hazırlanması isə yaxın bir ildə gözlənilmir.
Bəli, hazırda dünya böhran içərisindədir və ondan qurtulmaq üçün çırpınır.


Vətəndaşların sağlamlığı və təhlükəsizliyi qorunur


Azərbaycanda da koronavirusla mübarizə çərçivəsində mühüm addımlar atılır. Zamanında bu virusa qarşı bütün istiqamətlərdə qabaqlayıcı tədbirlərin görülməsi ölkəmizi mümkün faciələrdən sığortaladı. Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal böhrana qarşı həyata keçirilən sosial-iqtisadi model özünü doğrultdu. Qabaqlayıcı tədbirlər pandemiyanın geniş vüsət almasının qarşısını almağa, onu nəzarətdə saxlamağa imkan verdi. Yoluxmanın qarşısının alınması üçün aparılan testlərin sayı artırıldı. Nazirlər Kabineti yanında Operativ Qərargahın son açıqlamasına əsasən, Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar indiyədək 245.609 test aparılıb.
Xəstələrin hamısının xəstəxana şəraitində müalicə olunması, tibb işçilərinin səfərbər olunaraq onların hər birinin həyata qaytarılması üçün gecə-gündüz mübarizə aparması sağalma dinamikasına müsbət təsir göstərən başlıca amillərdən oldu. Bu göstəricilərə görə ölkəmizdə günbəgün yoluxma səviyyəsi və ölüm sayı azaldı.
Digər tərəfdən, dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən həssas təbəqələrə sosial dəstək verildi, onlara 190 manat birdəfəlik ödənişlər ayrıldı və bu dəstəyin əhatə etdiyi insanların sayı xeyli genişləndirildi.
Dövlətimiz hər zaman olduğu kimi, bu çətin dövrdə də bütün səylərini vətəndaşının sağlamlığı, təhlükəsizliyi və yaşam şərtlərinin yaxşılaşdırılması istiqamətinə yönəltdi. Buna görədir ki, qısa zaman kəsiyində karantin rejiminin yumşaldılmasına nail ola bildik.
Pandemiya dövründə ölkəmizin yaratdığı bu mütərəqqi model Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən bütün dünyaya nümunə göstərildi.


Qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi


Prezident İlham Əliyev mayın 19-da 3 saylı DOST mərkəzinin açılışında iştirakı zamanı vurğuladı ki, koronavirusla bağlı işlər əvvəldən Azərbaycanda çox düzgün istiqamətdə aparıldı və bunu həm Azərbaycan xalqı görür və təqdir edir, həm də beynəlxalq təşkilatlar: "Bu günə qədər mən vətəndaşlardan gündə yüzlərlə məktub alıram. Yəni pandemiyanın ilk günlərindən minlərlə məktub almışam və bütün bu məktublar təşəkkür xarakterli məktublardır. Çünki doğrudan da, qabaqlayıcı tədbirlərin görülməsi bizi böyük bəladan xilas etdi. Yenə də hər şey müqayisədə ölçülür. Əhalisinin sayı Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə vəziyyət necədir, Azərbaycanda vəziyyət necədir? O ölkələrin bəzilərində bu günə qədər 10 minə yaxın insan vəfat etdi. Azərbaycanda vəfat edənlərin sayı kifayət qədər azdır. Eyni zamanda qabaqlayıcı, məhdudlaşdırıcı tədbirlər imkan verdi ki, biz pandemiyanın geniş vüsət almasının qarşısını alaq və buna nail olduq. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı bizim bu sahədə gördüyümüz işləri yüksək qiymətləndirir və Azərbaycanı nümunəvi ölkə adlandırır. Bu, bizim gördüyümüz işlərə verilən böyük qiymətdir. Mən bilmirəm başqa bir ölkəyə belə bir ad verilib, yoxsa yox. Bu, doğrudan da görülmüş işlərin məntiqi nəticəsidir. Çünki bəri başdan bizim əsas məqsədimiz xalqımızı, vətəndaşlarımızı bu xəstəlikdən qorumaq idi. Bütün digər iqtisadi məsələlər, iqtisadiyyatın tənəzzülə uğraması, iqtisadiyyatda yarana biləcək problemlər arxa plana keçdi. Halbuki biz bu məsələlərlə də ciddi məşğul olmuşuq. Amma birinci məsələ insanların sağlamlığı, ikinci məsələ insanların sosial təminatı idi ki, biz hər ikisini də təşkil etdik”.


Yeni zamanın diktə və şərtləri


Amma təəssüf ki, koronavirus təhlükəsi hələ bitməyib və ölkə daxilində bu xəstəliyi ram etdiyimiz bir ərəfədə qətiyyən arxayınlaşmaq olmaz. Məqsəd bu bəladan birdəfəlik qurtulmaqdır. Dövlətimizin gördüyü effektiv tədbirlər sayəsində qısa zaman ərzində karantin rejiminin yumşaldılmasına nail olduq. Əksər iş yerlərinin fəaliyyəti bərpa olundu, SMS icazə sistemi ləğv olundu, parklar, muzeylər, sərgi salonları açıldı, metro fəaliyyətini davam etdirdi, restoran-kafelər müştərilərə xidmət göstərməyə başladı. Bir sözlə, Azərbaycanda həyat yavaş-yavaş normal məcraya istiqamətləndi. Amma koronavirusun diktə və tələb etdiyi yeni qayda və şərtlərlə. Bu ərəfədə gigiyena qaydalarına, sosial izolyasiyaya əməl etmək, ictimai yerlərdə maska taxmaq həyatımızın ən əhəmiyyətli parçasına çevrilməlidir. Hazırda bu sadalananlara əməl etməyimiz həm özümüzün, həm də ümumilikdə toplumumuzun təhlükəsizliyində vacib rol oynayacaq.


Virusla birgə necə yaşayaq?


Çox təəssüf ki, bəzən əməl olunması vacib qaydalara zidd hallarla da rastlaşırıq. Məsələn, maskanı aksesuar kimi cibində, çantasında saxlayan və sadəcə ondan tələb olunduqda çıxarıb taxan məsuliyyətsiz şəxslərə də rast gəlirik.
O cümlədən qaydaları pozaraq saat 18:00-dan sonra gizli kafe və restoran işlədənlər aşkarlanır. Karantini pozan yol hərəkəti iştirakçıları da xeyli saydadır.
Elə sadalanan və daha bu kimi bir çox qayda pozuntuları və məsuliyyətsiz davranışlar ölkəmizdə son zamanlar yoluxma sayının artmasına səbəb olub. Neçə aylıq gərgin əməyin, aparılan ciddi mübarizənin nəticəsi olaraq qazanılan nailiyyət bəzi vətəndaşların məsuliyyətsizliyi sayəsində əldən verilə bilər. Daha ciddi və acı nəticələrlə üzləşə bilərik.
Bu bir reallıqdır ki, koronavirus həyatımızın bir parçasına çevrilib. Onu yox kimi saymaq, ondan qorxmamaq əvəzinə ona qarşı davranışları, mübarizə qaydalarını öyrənmək mütləqdir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı söyləyib ki, bütün dünya ölkələri əhalini sərt karantin rejimindən çox bu virusla birgə yaşamağa alışdırır. Onun sözlərinə görə, biz virusla birgə yaşamalıyıq: "Bütün tədbirlərə baxmayaraq, virus bizimlə qalacaq. Yaxın bir il ərzində vaksinin əldə edilməsi gözlənilmir. Antivirus dərman da yoxdur. Bu baxımdan biz qaydalar çərçivəsində yaşamağa alışmalıyıq”.

Yasəmən MUSAYEVA,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM