Alternative content

17:37 04 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Alıcılar da, satıcılar da bu qaydaları bilməlidirlər!
Alıcılar da, satıcılar da bu qaydaları bilməlidirlər!
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:30 22.05.2020


Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələr koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə əməl etməlidirlər


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Ramazan bayramı münasibətilə mayın 23 və 24-də paytaxtın 3 fərqli nöqtəsində (Nərimanov, Yasamal və Binəqədi rayonlarında) "Kənddən şəhərə” Ramazan yarmarkası təşkil olunacaq.
Yarmarkanın təşkilində əsas məqsəd bayramla əlaqədar paytaxt sakinlərinin kənd təsərrüfatı məhsullarına artan tələbatını yerli və təbii məhsullarla ödəmək, kiçik və orta fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
Ramazan yarmarkasının Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi karantin normalarına əməl edilməklə təşkil olunacağı qeyd edilir. Bəs bu normalar hansılardır?
Məlumdur ki, xüsusi karantin rejimi dövründə insanların ərzağa olan ehtiyacını təmin etmək üçün fasiləsiz şəkildə çalışan sahələrdən biri də qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdir. Pandemiya dövründə bu müəssisələr Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun çalışmalıdırlar.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) "Qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər” hazırlayıb.
Metodiki göstərişlərə əsasən, ərzaq satışı ilə məşğul olan müəssisələrdə insanların ən sıx toplaşdığı yerlərin kassaların qarşısı olduğu nəzərə alınaraq, koronavirus xəstəliyi ilə bağlı vəziyyət normallaşana qədər müəssisənin fəaliyyətdə olduğu saatlarda mövcud olan hər bir kassa fəaliyyət göstərməli, həmçinin kassaların qarşısında növbədə duran insanlar bir-birilərindən 2 metrlik məsafədə dayanmalıdırlar. Bu müəssisələrdə çalışan işçilər gün ərzində bir çox insanla yaxın təmasda olduqlarından birdəfəlik istifadə edilən maska, əlcək (fərqli ərzaq məhsulu ilə təmasdan və ya hər hansı bir səbəbdən çirkləndikdə dəyişilməlidir) və dezinfeksiya məhlulundan istifadə etməlidirlər. Açıq şəkildə satılan çörək-bulka, unlu-qənnadı məmulatları, quru meyvələr və istehlakdan öncə heç bir termiki emal və yaxud təmizləmə prosesinə məruz qalmayan digər qablaşdırılmamış qida məhsulları xüsusi vitrin arxasında saxlanaraq istehlakçılardan təcrid edilməli və yalnız xüsusi gigiyenik vasitələrlə (əlcək, maska, başlıq və s.) təmin edilmiş işçi heyət üzvləri tərəfindən istehlakçılara təqdim olunmalıdır.
Müəssisədə sanitar qovşaqları, soyunub-geyinmə otaqları, mexaniki və təbii havalandırma, işıqlandırma, su-kanalizasiya sistemləri, təmizlik və dezinfeksiya üçün istifadə olunan vasitələrin mühafizəsi, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması vacibdir. Zallar və otaqlar mütəmadi havalandırılmalı, soyuducuların temperatur rejiminə mütəmadi nəzarət edilməli, həşərat və gəmiricilərə qarşı mübarizə tədbirləri (dezinfeksiya və deratizasiya) gücləndirilməlidir.
Dezinfeksiyaedicidən istifadə etmək üçün müəssisə qurğularla təmin olunmalıdır. Tullantılar vaxtında kənarlaşdırılmalı, həmçinin tullantı qabları təmiz saxlanılmalıdır. Müəssisədə daxili rabitə qovşağı vasitəsilə müntəzəm olaraq istehlakçılar koronavirus infeksiyasının profilaktikası üzrə metodiki göstərişlər barədə məlumatlandırılmalı, simptomlu şəxslərin müəssisəyə girişi məhdudlaşdırılmalıdır.


Təmizlik və dezinfeksiya işləri


Ərzaq satışı ilə məşğul olan müəssisələrdə həyata keçirilən təmizlik-dezinfeksiya işləri məhsulların xüsusiyyətləri, təmizlik-dezinfeksiya qaydaları nəzərə alınmaqla və müxtəlif təmizlik vasitələrindən istifadə etməklə aparılır. Təmizlik-dezinfeksiya işləri iş saatı ərzində mütəmadi və əsasən işlək sahələrdə (giriş-çıxış, kassa və s.), iş saatlarından sonra isə bütün sahələrdə həyata keçirilməlidir. Dezinfeksiya işlərinin həyata keçirildiyi sahə bu işlər başa çatdıqdan sonra havalandırılmalıdır. Dezinfeksiyaedici maddələrin istifadə təlimatında qeyd edilən səth üzərində tövsiyə olunan qalma müddətinə ciddi riayət edilməlidir.
Təmizlik-dezinfeksiya işləri həyata keçirilərkən aşağıdakı ardıcıllığa riayət edilməlidir:
- Mexaniki təmizlik: quru çirklər və tullantılar səthlərdən və məkandan uzaqlaşdırılır;
- Təmizləmə: isti su və lazımi hallarda yuyucu vasitələrdən istifadə etməklə həyata keçirilir;
- Durulama: istifadə edilmiş yuyucu vasitə qalıqlarının səthdən tamamilə uzaqlaşdırılması məqsədilə isti sudan istifadə edilir;
- Dezinfeksiya: istifadəsinə icazə verilən dezinfeksiyaedici maddələr istifadə təlimatına uyğun olaraq tətbiq edilir;
- Dezinfeksiyadan sonra durulama: bu mərhələdə içmək üçün yararlı sudan istifadə edilir.
QEYD: Qida ilə təmasda olan səthlərin dezinfeksiyasından sonra su ilə durulanması mütləqdir.


Dezinfeksiya edilməsi vacib olan sahələr və tövsiyə edilən dezinfeksiya maddələri


- Giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər);
- Qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və ya digər);
- İstehlakçıların şəxsi əşyalarının saxlanılması üçün nəzərdə tutulan dolablar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
- Məhsulların saxlandığı rəflər, stellajlar, daşındığı araba və səbətlər (spirt tərkibli məhlul və ya digər);
- Çoxmərtəbəli müəssisələrdəki eskalatorlar və onların tutacaqları, liftlər (spirt tərkibli məhlul və ya digər);
- Döşəmələr (xlor tərkibli məhlul və ya digər);
- Soyuducuların tutacaqları (spirt tərkibli məhlul və ya digər);
- Soyunub-geyinmə otaqları (xlor tərkibli məhlul və ya digər);
- Sanitar qovşaqları (xlor tərkibli məhlul və ya digər);
- Anbarlar (xlor tərkibli məhlul və ya digər);
- Tullantıların yığıldığı sahələr (xlor tərkibli məhlul və ya digər);
- Tullantı qabları (spirt tərkibli məhlul və ya digər);
- Ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər);
- Kassada yerləşən konveyerlər (spirt tərkibli məhlul və ya digər).


İşçi heyətinin şəxsi gigiyenası


İşçi heyət dəyişəkli təmiz iş geyimi ilə, həmçinin gün ərzində bir çox insanla təmasda olmaları nəzərə alınaraq maska, əlcək, dezinfeksiyaedici məhlul və lazımi hallarda digər gigiyenik vasitələrlə təmin olunmalıdır. Şəxsi gigiyena qaydalarına riayət edilməli, işə başlamazdan, qida məhsulları ilə təmasdan öncə, çiy qida məhsulunun emalı, qablaşdırılması və satışa hazırlanmasından, tullantılarla təmasdan, təmizlik işlərindən, sanitar qovşağından istifadədən, asqırma və öskürmədən, pulla təmasdan, siqaret çəkdikdən sonra işçilərin əllərini təmiz yumasına və ya dezinfeksiyasına nəzarət edilməlidir. Qida məhsulları ilə təmas edərkən saçları qapalı saxlayan baş örtükləri və əlcəklər taxılmalıdır. Əlcəklər çirkləndikdə və tamlığı pozulduqda, həmçinin iş növbələri arasında dəyişdirilməlidir. İşçi heyətin əllərində istənilən kəsik, açıq, qapalı yaralar mütləq su keçirməyən sarğı ilə örtülməli, bununla bağlı tibb müəssisəsinə dərhal müraciət olunmalıdır.
İşçi işə başlamazdan əvvəl üst paltarı, ayaqqabı, şəxsi əşyalar qarderoba yerləşdirilməlidir. İş və şəxsi geyimləri müxtəlif dolablarda saxlanılmalıdır. İşə başlamazdan əvvəl əllər sabunla təmiz yuyulmalı, təmiz işçi forması geyinilməli, saçlar örtük altına yığılmalı və ya xüsusi tor materialdan hazırlanmış başlıqlardan istifadə edilməlidir. İş zamanı təmiz paltarda olmalı, çirkləndikdə dəyişdirilməlidir. Sanitar qovşağına getdikdə önlük, başlıq çıxarılmalı, əllər sabunla təmiz yuyulduqdan sonra təkrar geyinilməlidir. İşçi formasında məkandan kənara çıxmaq qadağandır.


İşçi heyətin müayinəsi


İş zamanı özündə COVID-19-a spesifik olan əlamətləri (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) hiss edən işçi dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 - TTTY-ə müraciət olunmalıdır. İşə gəlməzdən əvvəl özündə COVID-19-a spesifik olan əlamətləri (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) hiss edən işçi rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalı və tibbi xidmətin təmin olunması məqsədilə 103 - TTTY-ə zəng vurmalıdır. Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir. Həmin işçidə laborator üsulla COVID-19 təsdiqləndiyi halda onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdır.


Əl və dırnaqların gigiyenasına dair tövsiyələr


- Əllərinizi axar su ilə isladın və sabunu əllərinizə sürtün;
- Əllərinizi sabunla birlikdə ovuşdurun. Barmaqların və dırnaqların arasını yaxşı sabunlayın;
- Sabunlu əllərinizi ən azı 20 saniyə ovuşdurun;
- Əllərinizi axar suyun altında mükəmməl durulayın;
- Əllərinizi təmiz salfetlərlə qurulayın;
- Sabun və ya su istifadəsi mümkün olmadıqda, etanol (spirt) tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edin;
- Dırnaqlar qısa saxlanmalı və tez-tez kəsilməlidir. Hər dəfə əllər yuyulmazdan öncə dırnaqların altı sabun və su ilə (və ya dırnaq üçün fırça ilə) təmiz yuyulmalıdır. İstifadədən öncə dırnağa qulluq vasitələri təmizlənməlidir. Dırnaqların dişlənməsi yolverilməzdir. Kutikula qatının zədələnməsi arzuolunmazdır, çünki kutikula infeksiyanın qarşısını almaq üçün baryer rolunu oynayır.


Tibbi maskalardan ümumi istifadə qaydaları


Maskalar ağız və burun nahiyəsini səliqəli örtməklə, üz və maska arasındakı boşluqları minimuma endirmək şərtilə taxılmalıdır. İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz. Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır). Maskanı çıxardıqdan sonra əllər spirtlə təmizlənməli, yaxud sabun və su ilə təmiz yuyulmalıdır. Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir. Birdəfəlik maskalardan təkrar istifadə edilməsi qəti qadağandır. Birdəfəlik maskalar istifadə olunduqdan sonra tibbi tullantı kimi ləğv edilməlidir.
TƏBİB-in hazırladığı bu qaydaları satıcılar da, alıcılar da bilməli və riayət etməlidirlər. Bu zaman məsuliyyətli vətəndaş olaraq özümüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərik.

Xəyalə MURADLI,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM