Alternative content

17:58 04 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paşinyanın karantin fırıldağı
Paşinyanın karantin fırıldağı
ANA SƏHİFƏ / SİYASƏT
00:28 22.05.2020


Ermənistan baş naziri fövqəladə vəziyyət rejimini uzatmaqla xalqın sağlamlığını deyil, öz mənafeyini güdür


Ermənistanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə fövqəladə vəziyyət rejimi iyunun 13-dək artırılsa da, işğalçı ölkədə sosial-iqtisadi durum pandemiya ucbatından daha sürətlə pisləşməkdədir. Buna əsas səbəblərdən biri işğalçı ölkənin azsaylı əlaqədə olduğu dövlətlərlə münasibətlərinin tamamilə pozulmasıdır. Burada xüsusilə Rusiya və İran faktoru qeyd edilməlidir. Hər iki ölkədə pandemiya geniş yayıldığından onlar üçün Ermənistan arxa plana keçib. Belə halda Ermənistanın daxili resursları kifayət qədər məhdud olduğundan burada vəziyyət sürətlə pisləşir.

İşğalçı ölkədə qeyd olunur ki, fövqəladə vəziyyət müddətinin uzadılması ilə bağlı son qərar gözləniləndi. Bildirilir ki, baş nazir Nikol Paşinyan ölkədə referendum keçiriləcəyi təqdirdə hökumətin Konstitusiyaya dəyişiklik layihəsini dəstəkləmək üçün 650 min səs toplaya bilməyəcəkdi. Məhz bu amili nəzərə alan Paşinyan hökuməti mayın 14-dən etibarən fövqəladə vəziyyət rejiminin yenidən uzadılması haqqında qərar verib. Əks təqdirdə Ermənistan prezidenti ölkədəki fövqəladə vəziyyətin ləğvindən sonra 3 gün ərzində yeni referendum üçün tarix təyin etməyə borcludur.

"İravnuk” qəzeti yazır ki, Ermənistan Konstitusiyasının 206-cı maddəsinə əsasən, ölkə prezidenti referendum tarixini üç gündən gec olmayaraq təyin etməlidir. Əks təqdirdə böyük ehtimalla ölkədə vəziyyət yalnız pisləşəcək və bu da referendumun nəticələrini təhlükə altına alacaq: "Görünür ki, bütün bunları gözə alan Paşinyan ölkədə fövqəladə vəziyyət rejiminin yenidən uzadılmasına qərar verib. Ermənistanda artıq Paşinyan hökumətinin ölkədə fövqəladə vəziyyət rejiminin uzadılmasını insanların sağlamlığına deyil, daha çox öz hakimiyyətini qorumağa hesablandığı barədə fikirlər formalaşmaqdadır”.

Bütün bunlar fonunda yerli ekspertlər də həyəcan təbili çalır, mövcud vəziyyəti dərin böhran kimi dəyərləndirir, eyni zamanda N.Paşinyan rejiminin ciddi imtahan qarşısında olduğunu söyləyirlər. Əgər hakimiyyət bu imtahandan çıxa bilməsə, erməni əhalisini ciddi sınaqlar gözləyir.

Bu arada o da məlum olub ki, Ermənistanda fiziki şəxslərə xaricdən göndərilən pulköçürmələrinin həcmi ötən aylarla müqayisədə 14,3 milyon dollar azalıb. Ermənilər bunu Rusiyadan pulköçürmələrinin həcmindəki ümumi azalmanı daha çox rus rublunun ABŞ dollarına nisbətdə zəifləməsi ilə əlaqələndirirlər.

"Lragir” nəşri yazır ki, bu, xaricdən göndərilən ianələr hesabına duruş gətirən bir ölkə üçün böyük itkidir. Vurğulanır ki, bu gün Ermənistanda ailə başçılarının əksəriyyəti çörək ardınca daha çox Rusiyanı seçirlər. Amma indi onların koronavirusla əlaqədar qazanc əldə edə bilmədiklərini nəzərə alsaq, hazırda Ermənistanda başsız qalan ailələrin nələrlə üzləşdiyini təsəvvür etmək elə də çətin deyil.

Koronavirus Ermənistanın çöküşünü daha da sürətləndirir. Bunu artıq erməni siyasilər də açıq şəkildə etiraf etməkdədirlər. Erməni politoloq Akop Koçaryan bildirib ki, Ermənistanda yüz minlərlə insan yarıac yaşayır və bu, gələcəkdə ölkə üçün böyük fəsadlar törədəcək. Ermənistanda başsız qalan erməni ailələri isə hələ də ümidlə Rusiyadan pul gözləməkdədirlər.

"News.am” saytı isə yazır ki, Rusiyadan pulköçürmələrinin azalmasının əsas səbəbi ABŞ dollarının martda rubla qarşı kəskin möhkəmlənməsi - fevral ayı ilə müqayisədə 14,5 faiz artmasıdır. Bu səbəbdən mart ayında pulköçürmələri həcmində itkilər 7,5 milyon dollara çatıb. Ermənistan Mərkəzi Bankından verilən məlumata görə, Ermənistanda ABŞ-dan edilən pulköçürmələrinin 70 faizdən çoxu Yerevan, Rusiyadan edilən pulköçürmələrin 80 faizdən çoxu isə bölgələrdəki ailələr tərəfindən qəbul edilib.

Bütün bunlar ondan xəbər verir ki, Ermənistanı qarşıdakı dövrdə daha böyük böhran gözləyir.

Elçin CƏFƏROV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM