Alternative content

00:13 27 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların satışı, idxalı və istehsalı tam qadağan edilə bilər
Azərbaycanda qalınlığı 15 mikrona qədər olan polietilen torbaların satışı, idxalı və istehsalı tam qadağan edilə bilər
ANA SƏHİFƏ / CƏMİYYƏT
23:42 21.05.2020

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bütün digər maraqlı qurumlar və məsləhətçilərlə birlikdə polietilen torbalardan istifadə ilə bağlı təkliflər paketinin tətbiq olunması cədvəlini hazırlayıb. Burada onların təkcə pullu olması, məhdudlaşdırılması deyil, digər məsələlər də öz əksini tapıb. Sənədlər hazırdır və müvafiq dövlət qurumlarının müsbət rəyindən sonra qüvvəyə minəcək.

AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

"Sənədlərdəki tədbirlərdən biri qalınlığı 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsidir. Həmçinin sənədlərdə 15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması da öz əksini tapıb. Bu, dünyada qəbul olunmuş praktikadır və çox yaxşı nəticələr verib, müxtəlif ölkələrdə polietilen paketlərin istifadəsi azalıb. Bu təcrübə Gürcüstan, Türkiyə və digər ölkələrdə tətbiq edilib və polietilen paketlərdən istifadənin kəskin azalmasına səbəb olub. Azərbaycanda həmin təcrübənin tətbiqi elan olunacaq, lakin hələ ki, bununla bağlı dövlətin qərarı yoxdur ”, - deyə nazir vurğulayıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM