Alternative content

13:41 26 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çindən Azərbaycana gətirilmiş tibbi vasitələrin ikinci və üçüncü dəstinin təqdim olunması mərasimi keçirilib
Çindən Azərbaycana gətirilmiş tibbi vasitələrin ikinci və üçüncü dəstinin təqdim olunması mərasimi keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
23:40 21.05.2020

Mayın 21-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Çin Xalq Respublikası tərəfindən Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş antiepidemik vasitələrin ikinci və üçüncü dəstinin təhvil-təslim mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tədbirdə Xarici işlər nazirinin müavini Ramiz Həsənov, Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çinin Azərbaycandakı səfiri xanım Qo Min çıxış ediblər.

Xarici işlər nazirinin müavini Ramiz Həsənov yeni növ koronavirusla mübarizədə Çin hökuməti tərəfindən Azərbaycan hökumətinə tibbi vasitələrin növbəti dəstinin təhvil verilməsinə dair Xarici İşlər Nazirliyində daha bir tədbirin keçirilməsinin iki ölkə arasında faydalı münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb.

Azərbaycan və Çin xalqlarının dostluq və əməkdaşlıq ənənələrinə sadiq qalaraq mövcud vəziyyətdə biri-birləri ilə həmrəylik nümayiş etdirdiyini qeyd edən R.Həsənov bu əməkdaşlığın həm hökumətlərarası, həm də özəl şirkətlər və regionlararası müstəvidə yer aldığını ifadə edib.

Səfir Qo Min çıxışında Çin hökumətinin Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş antiepidemik vasitələrin ikinci və üçüncü dəstinin təhvil-təslim mərasimini təşkil etdiyinə görə Azərbaycanın Xarici İşlər Nazirliyinə səmimi təşəkkürünü ifadə edib.

Daha sonra səfir epidemiya ilə mübarizədə Çin və Azərbaycanın ikitərəfli və çoxtərəfli səviyyədə qarşılıqlı olaraq bir-birilərini yaxından dəstəklədiklərini, əməkdaşlıq etdiklərini və çətin vaxtlarda köməkləşərək, epidemiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın təşviqinə, dünyada təhlükəsizliyin qorunmasına və maraqların inkişafına mühüm töhfələr verdiklərini vurğulayıb.

O, Çin üçün ən çətin dövrdə Azərbaycan hökuməti və digər ölkələrdən dost insanların Çinə müxtəlif yollarla güclü dəstək verdiyini qeyd edib. Xanım Qo Min Çin hökumətinin bu yaxşılığa cavab olaraq, bir-birinin ardınca Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində antiepidemik vasitələrin üçüncü dəstini - 5000 ədəd epidemiya aşkarlayıcı test, 10 qeyri-invaziv süni tənəffüs aparatı, 3500 dəst tibbi qoruyucu geyim, 600 min birdəfəlik tibbi maska, 50 min tibbi KN95 maskası və sair verdiyini bildirib. Bundan əlavə, Çin müəssisələri və qeyri-hökumət təşkilatlarının Azərbaycana epidemiya ilə mübarizədə əməli töhfələr verərək, epidemiyanın qarşısının alınması üçün çoxsaylı materialları Azərbaycana hədiyyə etmək üçün fəal tədbirlər gördüyünü deyib.

Sonda xanım Qo Min qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə xoş arzular diləyərək Azərbaycan Respublikasını və xalqını təbrik edib və Çin-Azərbaycan dostluğunun əbədi olmasını diləyib.

Səhiyyə nazirinin müavini Viktor Qasımov çıxışında Çinin Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib və dünyada qlobal sağlamlıq böhranına çevrilən COVID-19 pandemiyasına qarşı beynəlxalq birliyin səylərinin birləşdirilməsinin əhəmiyyətini və məhz birgə səylər nəticəsində bu pandemiyaya qalib gəlməyin mümkünlüyünü qeyd edib. Ölkələrimiz arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan nazir müavini belə çətin zamanlarda dost yardımının önəmini də bildirib.

Azərbaycanda koronavirusla mübarizə çərçivəsində dövlət başçısının bilavasitə nəzarəti ilə həyata keçirilən ciddi tədbirlərdən bəhs edən V.Qasımov ölkədə COVID-19 infeksiyasına qarşı uğurlu mübarizə istiqamətində görülən işlərə toxunub. O, bu xüsusda yeni klinikaların inşası, bir çox tibbi cihaz və avadanlıqların əldə edilməsi, dezinfeksiya vasitələri istehsal edən zavodun açılması və sair barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb. Nazir müavini hazırda yeni koronavirusla mübarizədə peyvəndin icad olunmadığı bir vaxtda, bu təhlükə ilə mübarizəyə hər zaman hazır olmağın vacibliyini vurğulayıb.

Tədbirin sonunda Viktor Qasımov və Qo Min "Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVID-19 pandemiyası ilə mübarizə üçün tibbi vasitələrin ikinci və üçüncü dəstinin təqdim edilməsinə dair təhvil-təslim aktları”nı imzalayıblar.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM