21 May 2020 19:24
614
CƏMİYYƏT
A- A+

“Real Madrid Fondu Azərbaycan” sosial futbol məktəbi idman ictimaiyyətinə dəstək göstərib


Koronavirus (COVID-19) infeksiyasının bütün dünyada yayıldığı dövrdə çoxsaylı idman ictimaiyyəti də humanist addımlardan geri qalmır və genişmiqyaslı xeyriyyəçilik tədbirlərinə böyük həvəslə qoşulur.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilk gündən qurumun bütün strukturlarında əhalinin həssas təbəqəsinə aid olan ailələrə hər cür yardım və dəstək göstərilir. İki gün əvvəl növbəti, "Evdə qalın, sağlam olun” və "Biz birlikdə güclüyük” devizi ilə yardım kampaniyası keçirilib.

2013-cü ildən ölkəmizdə fəaliyyət göstərən və əsasən əhalinin həssas təbəqələrinin nümayəndələrindən olan uşaqların cəlb edildiyi "Real Madrid Fondu Azərbaycan” sosial futbol məktəbinin üzvlərinə ərzaq yardımı göstərilib. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və məktəbin əməkdaşlarının iştirakı ilə 80-dən çox şagird və 12 nəfərdən ibarət işçi heyətinə yardım paketləri çatdırılıb.

Qeyd edək ki, bu sosial futbol məktəbi Gənclər və İdman Nazirliyi ilə "Real Madrid Fondu”nun 2013-cü ildə imzalanmış "Əməkdaşlıq müqaviləsi” çərçivəsində yaradılıb. İlk layihə uğurlu nəticə göstərdiyinə görə 2018-ci ilin yanvarında yeni müqavilə imzalanıb və məktəbin fəaliyyəti 2022-ci ilədək uzadılıb. Bu müddətdə yüzlərlə şagird futbola cəlb olunub və onlardan bəziləri hazırda peşəkar karyerasını davam etdirir.

"Real Madrid Fondu Azərbaycan” sosial futbol məktəbi MDB məkanında birinci, Avropada səkkizinci olaraq yaradılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video