21 May 2020 15:17
519
SİYASƏT
A- A+

Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası Şuşadakı “andiçmə” şousuna qəti etirazını bildirib


BMT, ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın davam etdirdiyi qanunsuz fəaliyyətin qarşısını almaq üçün konkret addımlar atmalıdırlar. Beynəlxalq ictimaiyyət Şuşada təşkil olunan "andiçmə” şousuna biganə qala bilməz.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının məsələ ilə əlaqədar yaydığı bəyanatda əksini tapıb.

Bəyanatda qeyd olunur ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin davam etməsi, hərbi işğalın ağır nəticələrinin aradan qaldırılmaması, eləcə də təcavüzkar tərəfin davamlı təxribatçı fəaliyyəti bölgədə sülhə və sabitliyə əsas təhdiddir. Diqqətə çatdırılır ki, nüfuzlu beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin Dağlıq Qarabağda keçirilən məlum qondarma "seçkilər”ə etirazı bildirməsinə baxmayaraq, işğalçı Ermənistan özünün məkrli təxribatlarını davam etdirməkdədir. Vurğulanır ki, özünü sülh danışıqları tərəfdarı kimi göstərən işğalçı Ermənistanın əsl niyyəti mayın 21-də Şuşada təşkil olunan təxribat xarakterli şou ilə bir üzə çıxdı. Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlardakı pozulan hüquqları bərpa edilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video