Alternative content

21:17 30 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib
Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:16 21.05.2020

Mayın 20-də Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun səhiyyə nazirlərinin videokonfrans formatında görüşü keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə 2020-ci il mayın 4-də keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında videokonfransının davamı olaraq təşkil edilib.

Məlum olduğu kimi, "COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü zamanı ölkə başçısı Təmas Qrupu formatında müzakirələrin səmərəli mexanizm olduğunu vurğulayaraq, Qrupun tematik alt işçi qruplarının təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. Təklifə öz dəstəyini ifadə etmiş Qoşulmama Hərəkatı üzvlərinin bəziləri səhiyyə nazirlərinin görüşünün keçirilməsi təklifini irəli sürdü.

Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın bu günə qədər 17 ölkəyə və 3 beynəlxalq təşkilata yardım etməsini vurğulayaraq, ehtiyacı olan ölkələrə göndərilən 100 tonlarla humanitar yardımın çoxlu sayda insanın həyatını xilas etdiyini bildirdi.

Çıxışda Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı mütəşəkkil mübarizə tədbirlərinə dair tövsiyələri, qazanılan müsbət təcrübədən istifadə, Hərəkatın üzv ölkələrinin humanitar ehtiyaclarının qarşılanması üzrə birgə səylərin göstərilməsi, habelə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə qəbul edilmiş Bəyannamənin əhəmiyyəti vurğulanıb.

Konfransa qonaq qismində dəvət edilmiş Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru doktor Hans Klüqe çıxış edərək, Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizənin nümunəvi olduğunu bildirib və ölkəmizin dünya ictimaiyyətinə göstərdiyi maliyyə və texniki yardımı yüksək qiymətləndirib. O, həmçinin ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına göstərilən maliyyə dəstəyini yüksək qiymətləndirib.

Görüşdə Qoşulmama Hərəkatının 25 üzv ölkəsi nazir, nazir müavini və digər yüksək səviyyələrdə təmsil olunub.

İştirak etmiş dövlət nümayəndələri Qoşulmama Hərəkatının Təmas Qrupunun yaradılması və onun tematik görüşlərinin keçirilməsi təşəbbüsünə görə Azərbaycanın dövlət rəhbərliyinə öz təşəkkürlərini bildirib və Azərbaycan Prezidentinin COVID-19 pandemiyasının yayıldığı səhiyyə böhranı şəraitində çoxtərəfliliyin təşviqi və pandemiya ilə mübarizədə beynəlxalq səylərə göstərdiyi dəstəyi və qlobal liderlik rolunu yüksək qiymətləndiriblər. İştirak edən dövlətlər, həmçinin mayın 4-də keçirilmiş Zirvə Görüşünün nəticələrinə əsasən təsis edilmiş Qoşulmama Hərəkatının üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanmasına məsul İşçi Qrupunun fəaliyyətinə də öz dəstəklərini ifadə ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM