21 May 2020 13:19
635
DÜNYA
A- A+

Dünyada koronavirusa yoluxanların sayı 5 milyon nəfəri ötüb


COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxma hallarının sayı dünya üzrə 5 milyonu keçib. Xəstəliyə yoluxanlar bir ay ərzində təxminən iki dəfə artıb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometers saytına istinadla xəbər verir ki, Bakı vaxtı ilə bu gün saat 11:20-yə olan məlumata əsasən, dünyada 5 milyon 91 min 55 yoluxma və 329 min 762 ölüm faktı qeydə alınıb, 2 milyon 26 min 150 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Koronavirusa hər üç yoluxmadan biri ABŞ-da qeydə alınıb. Burada yoluxanların sayı 1 milyon 593 min 39 nəfərə çatıb. Yoluxma sayına görə ABŞ-ın ardınca böyük fərqlə Rusiya (308 min 705 nəfər), Braziliya (293 min 357 nəfər), İspaniya (279 min 524 nəfər), Böyük Britaniya (248 min 293 nəfər) və İtaliya (227 min 364 nəfər) gəlir.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 94 min 941 nəfər. Birləşmiş Krallıqda 35 min 704 nəfər, İtaliyada 32 min 330 nəfər, Fransada 28 min 132 nəfər, İspaniyada isə 27 min 888 nəfər koronavirus səbəbindən həyatını itirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video