21 May 2020 00:31
620
CƏMİYYƏT
A- A+

Veteranlar da dövlət başçısı ilə birlikdədir


Bakı şəhəri Yasamal rayonu veteranları da ölkə əhalisi kimi, hər zaman Azərbaycan Prezidentinin yanında olduğunu təsdiqləyib. Bu gün də belədır.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə ölkəmizdə koronavirus (COVID-19) pandemiyasından qorunmaq məqsədilə təcili tədbirlər görüldü. Şükürlər olsun ki, nəticəsi də müsbətdir. Dünya ictimaiyyəti də bunu təsdiqləyir ki, Azərbaycan Prezidenti öz vətəndaşlarını bu bəladan xilas etmək üçün bütün imkanlardan istifadə edir.

Bu günlərə kimi yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmasına qadağa qoyulmuş, vətəndaşlar "Evdə qal” kampaniyasına qoşulmağa çağırılmışdı. Bu çağırış, əlbəttə, insanların, o cümlədən biz veteranların da sağlamlığı naminə dövlətimizin başçısı tərəfindən atılan ən mühüm addımlardan və qabaqlayıcı tədbirlərdən biri kimi olduqca vacib idi.

Cənab Prezidentə nə qədər təşəkkür etsək, dərin minnətdarlığımızı bildirsək də, azdır. Çünki hər zaman Azərbaycan xalqının yanındadır və daim ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyasət həyata keçirir. Vətəndaşların sağlamlığı Prezidentimiz üçün hər şeydən önəmlidir. Bir-iki faktla fikrimi əsaslandırmağa çalışacağam. Prezidentin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrılan vəsait, yeni modul tipli xəstəxananın, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı, həmçinin bu çətin günlərdə Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən digər işlər, televiziyada izlədiyimiz çıxışlar, açılışlarında şəxsən özünün iştirak etdiyi səhiyyə ocaqları, bu və digər tədbirlərin həyata keçirilməsi bir daha sübut edir ki, cənab Prezident Azərbaycanı yaşadır, inkişaf etdirir.

Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində ucaltdığı əzəmətli, müstəqil Azərbaycanın bugünkü inkişafı birmənalı olaraq dövlət başçısının uğurlu siyasətinin nəticəsidir. Bütün dünyanı çənginə alan koronavirusun Azərbaycana təsirinin aradan qaldırılması istiqamətində hazırlanan dövlət proqramı da təsdiq edir ki, ürəyi xalqla döyünən, hər bir vətəndaşının yanında olan Prezidentimiz var. Bu çətin günlərdə xalqın sağlamlığını və rifahını əsas götürərək gördüyü işlər bizi də ölkəmizin firavanlığı üçün əlimizdən gələni əsirgəməməyə həvəsləndirir.

Hazırda Yer kürəsinin 200-dən çox dövlətinin ərazisinə yayılan bu virus ölkəmizdən də yan keçmədi. Lakin Prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu yoluxucu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir.

Bu gün dünyanı aciz vəziyyətə salmış, səhiyyəsi, iqtisadiyyatı güclü inkişaf etmiş ölkələri belə çətinliklər qarşısında qoyan koronavirusla mübarizədə Prezidentimizin xalqımız üçün gördüyü işlər, qəbul etdiyi uzaqgörən qərarlar insanların ona olan inam və güvənini daha da möhkəmləndirir.

Prezidentin "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2020-ci il 24 aprel tarixli sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti parlaq təzahürüdür. Bütün bu xeyirxah işlərinə görə Bakı şəhəri Yasamal rayonunun müharibə, əmək və silahlı qüvvələr veteranları adından cənab Prezidentə minnətdarlığımızı, sonsuz təşəkkürümüzü bildiririk.

Son vaxtlar respublikamızda aparılan köklü islahatlar da bir daha göstərir ki, Prezident daim xalqın yanındadır. Aparılan kadr islahatları göstərir ki, cənab Prezident xalqımızı düşünür, əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün gecə-gündüz yorulmadan çalışır. Lakin bəzi üzdəniraq məmurlar tutduqları vəzifələrdən sui-istifadə edərək xalqın malını talayır, haqqını tapdalayır, yalnız özlərini, ailəsini düşünürlər. Son günlər korrupsiyaya qarşı mübarizə sahəsində atılan qətiyyətli addımlar hər birimizin ürəyincədir.

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanımız gündən-günə inkişaf edir, xalqımız əmin-amanlıq içində yaşayır. Bütün bunlara görə cənab İlham Əliyevə bir daha dərin təşəkkürümüzü bildirir, Azərbaycanı daim irəli aparmasını arzulayırıq. Allah Prezidentimizi və xalqımızı qorusun, amin!

Vaqif MƏMMƏDOV,

Bakı şəhəri Yasamal Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video