Alternative content

14:32 26 May 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Avropada İKT mütəxəssislərinə tələbat artır
Avropada İKT mütəxəssislərinə tələbat artır
ANA SƏHİFƏ / DÜNYA
16:22 20.05.2020

COVID-19 pandemiyası ilə əlaqədar, demək olar ki, bütün Avropada tətbiq edilmiş lokdaun nəticəsində işəgötürənlərin İKT mütəxəssislərinə tələbatı kəskin şəkildə artıb.

Bütün sahələrə aid təşkilatlarda və istehsalatlarda rəqəmsal idarəetmə rejiminə keçidi təmin etməyin nə dərəcədə vacib olması məhz indi aşkar görünür.

AZƏRTAC AFR milli əmək bazarının statistikasına istinadla xəbər verir ki, hələ koronavirus böhranından əvvəl Almaniya iqtisadiyyatında yüz mindən çox İKT mütəxəssisinə ehtiyac vardı, indi isə onlara tələbat bir neçə dəfə artıb.

Buna görə təəccüblü deyil ki, son həftələrdə məhz bu ixtisasa malik olan insanlar üçün yeni vakansiyalar yaranıb. Əgər yaya qədər vəziyyət aydınlaşsa və karantinin yumşaldılması üzrə tədbirlər davam etdirilsə, onda əmək bazarı əvvəlki mövqeyə qayıda bilər. Bu isə öz növbəsində, informasiya texnologiyaları mütəxəssislərinə və mühəndislərə tələbatın daha da artmasına gətirib çıxaracaq.

Əmək bazarını öyrənən sosioloqlar öz tədqiqatlarının nəticələrini qruplaşdırıblar. Əmək bazarında iş haqqında bütün təkliflərin təhlili nəticəsində məlum olub ki, orta hesabla hər on təklifdən biri məhz İKT ilə bağlıdır. Bu sahədə vakansiyaların üçdəbir hissəsi proqram təminatı istehsalçılarına, proqramçılara və İKT arxitekturası üzrə mütəxəssislərə ünvanlanıb. İnformatik-iqtisadçılar üçün vakansiyaların sayı da artıb: şirkətlərə İKT sahəsində dərin biliklərə malik olmaqla bərabər, iqtisadiyyatdan və istehsal proseslərindən baş çıxaran kadrlar lazımdır. İşəgötürənlər sistem administratorlarını (yəni serverlərin işini izləyən mütəxəssisləri), həmçinin İKT üzrə məsləhətçiləri və məlumat analitiklərini də işə dəvət edirlər.

İşçilərin axtarışı barədə elanlarda müşahidə olunan daha bir maraqlı məqam diqqəti cəlb edir ki, işəgötürənlərin çoxu işçilər tərəfindən ərizələr verilməsi müddətlərini uzadıblar. Bu o deməkdir ki, pandemiyaya qədər elan edilmiş vakansiyalarda "təcili tələb olunur” qeyd-şərti olmadığına baxmayaraq, bu vakansiyaların çoxu hələ açıq qalır. İndi artıq işə qəbul təxminən bu ilin yay-payız aylarına planlaşdırılır. Deməli, iş axtarışı öz aktuallığını itirməyib.

Bu məsələnin daha bir xüsusiyyəti ondan ibarətdir ki, işəgötürənlər işçi qəbulunun rəqəmsal formatına keçirlər. Bu o deməkdir ki, indi namizədlər SKAYP vasitəsilə müsahibələrə və müasir texnologiyalar vasitəsilə kommunikasiyalara da hazır olmalıdırlar.

Hər halda, yeni əməkdaşlar axtarışı koronavirusa görə dayanmayıb, bəzi ixtisaslara tələbat isə dəfələrlə artıb. Hərçənd, pandemiyanın ilk həftələrində istehsalatların çox dayandırılmış, satış əlaqələri qırılmış, müəssisələr bağlanmışdı. O vaxt çoxları ehtiyat edirdilər ki, pandemiyanın növbəti qurbanı əmək bazarı olacaq. Lakin Almaniya şirkətləri hətta lokdaun dövründə də yeni əməkdaşlar cəlb edilməsi prosesini dayandırmayıblar.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM